Bu kəndə köçənlər hər ay maaş alacaq

İspaniya kəndlərdə demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədilə sahibkarlar və ailələr üçün cəlbedici imkanlar yaradır. Avtosfer.az xəbər verir ki, bu məqsədlə ölkənin müxtəlif bölgələrində tətbiq edilən yerli təşviq proqramları uzaqdan işləyənlərə həm nağd qrantlar, həm də aylıq ödənişlər təqdim edilir. Məqsəd xüsusilə əhalisi azalan kəndlərdə iqtisadi fəallığı artırmaq və bölgələrin dirçəlişinə töhfə verməkdir. Kənd təsərrüfatının inkişafında önəmli rol oynayan Ekstremadura əyalətində uzaqdan işləyənlərə 15 min avroya qədər qarşılıqsız yardım göstərilir. Bu təşviqdən yararlanmaq istəyənlər ən azı iki il həmin bölgədə yaşamağa razı olmalıdırlar.
Proqram həm rəqəmsal mühitdə çalışanlar, həm də yeni biznes qurmaq istəyən sahibkarlar üçün böyük fürsət sayılır. İspaniyanın şimal-qərbindəki Ponga qəsəbəsi də əhali artımını stimullaşdırmaq məqsədilə maraqlı təşəbbüs həyata keçirir. Qəsəbəyə köçənlərə təxminən 2 600 funt sterlinq (təxminən 2 970 avro) ödəniş verilir, bölgədə doğulan hər bir körpə üçün isə əlavə qrant ayrılır. Bu yolla yerli əhalinin gəncləşdirilməsi və kənd həyatının yenidən canlandırılması hədəflənir. Qalisya bölgəsindəki Rubia kəndi isə xüsusilə uşaqlı ailələrə yönəlib. Yerli məktəblərin fəaliyyətini qorumaq məqsədilə ailələrə hər ay 150 avro məbləğində ödəniş edilir.
Bu təşəbbüs həm təhsil müəssisələrinin bağlanmasının qarşısını almaq, həm də bölgədə həyatın davamlılığını təmin etmək məqsədi daşıyır. Yerli qrantlarla yanaşı, İspaniyanın “rəqəmsal işçi vizası” da bu təşəbbüsləri dəstəkləyir. Bu viza uzaqdan işləyənlərə və sahibkarlara ölkədə uzunmüddətli və qanuni şəkildə yaşamaq imkanı yaradır. Bundan əlavə, yeni yaradılan şirkətlər üçün gəlir vergisində endirim tətbiq olunur. Bütün bu addımlar İspaniyanı Avropanın ən cəlbedici istiqamətlərindən birinə çevirir. (News24.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












