Bu ölkədə 50 min nəfər Yeni ili qatarda QARŞILAYACAQ

Qazaxıstanda təxminən 50 min sərnişin Yeni ili qatarlarda qarşılayacaq. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları” İdarəsinin (KTJ) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Yeni il gecəsi ölkə üzrə dəmir yolu nəqliyyatında minlərlə əməkdaş növbədə olacaq. Belə ki, yük qatarlarında 1685, sərnişin qatarlarında 357, təsərrüfat və manevr hərəkətində isə 698 maşinist xidmət aparacaq. Dəmir yolu vağzallarında ümumilikdə 122 bilet kassası fəaliyyət göstərəcək, onlardan 40-ı yanvarın 1-nə keçən gecə açıq olacaq. Sərnişinlərə 1600-dən çox bələdçi xidmət göstərəcək. Bayram gecəsində vağzal növbətçiləri, arayış bürolarının əməkdaşları, dispetçerlər, yol montyorları və digər mütəxəssislər də öz işlərini davam etdirəcəklər. Məlumarda qeyd olunub ki, bir çox dəmiryolçu üçün Yeni ili iş başında qarşılamaq artıq peşə ənənəsinə çevrilib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












