Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Kubada uzun müddətdir davam edən yanacaq çatışmazlığı səbəbindən bir sıra hotellər fəaliyyətini dayandırıb.
Avtosfer.az xəbər verir ki, bağlanan hotellərdə qalan turistlər digər mehmanxanalara yerləşdirilib.
Kuba Baş nazirinin müavini Oskar Perez-Olivia dövlət televiziyasına açıqlamasında enerji istehlakının azaldılması, turizm obyektlərindən daha səmərəli istifadə və mövcud turizm mövsümünün qorunması məqsədilə tədbirlər planının hazırlandığını bildirib.
Onun sözlərinə görə, özəl şirkətlərin yanacaq idxalına icazə verilməsi üçün prosedurlar sadələşdiriləcək, bəzi bankların iş saatları dəyişdiriləcək, Havana Beynəlxalq Kitab Sərgisi kimi tədbirlər isə təxirə salınacaq.
Nəqliyyat naziri Eduardo Rodriges daxili və beynəlxalq uçuşların davam edəcəyini, hava limanları və limanların fəaliyyətinin dayandırılmayacağını qeyd edib.
Hökumətin böhrana cavab tədbirləri çərçivəsində məsafədən iş rejimi tətbiq olunur, bəzi dövlət qurumları müvəqqəti bağlanır, universitet dərsləri yenidən planlaşdırılır. Xarici valyuta ilə yanacaq satan məntəqələr fəaliyyətini davam etdirəcək, lakin satışlar nəqliyyat vasitəsi başına maksimum 20 litrlə məhdudlaşdırılacaq.
Kuba Prezidenti Migel Dias-Kanel fevralın 6-da verdiyi açıqlamada ABŞ-nin neft embarqosunu tənqid edərək, dekabr ayından etibarən ölkəyə xaricdən yanacaq tədarük olunmadığını bildirib. O, bu siyasətin Kubaya qarşı təzyiq məqsədi daşıdığını vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 30-da Kubaya neft satan ölkələrə qarşı tariflərin tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. Ağ Ev qərarın ABŞ-nin milli təhlükəsizlik maraqları ilə əsaslandırıldığını açıqlayıb. Kuba tərəfi isə Vaşinqtonun neft tədarükü ilə bağlı iddialarını rədd edib.
Taksi sürücüsünün üsyanı: Dərdinizi mənə yox, ona danışın - FOTO
Limit yoxdur, amma almanlar sürmürlər – SƏBƏB - FOTO
Rəqqasə Fatimə Bakı metrosunda görün neylədi – VİDEO
Müasir dərmanlar insanların xəstəlikləri üçün nə qədər təsirlidir? - Həkim AÇIQLADI
Çin şirkəti avtomobildə unitaz sistemini patentləşdirib - RƏSMİ
Yaşıl Kart almaq istəyən sürücülər bu sığorta şirkətlərinə müraciət etməlidir - RƏSMİ
“Uber” robot taksilərə 10 milyard sərmayə qoyur
Sərxoş və narkoman pilotlar uçuşa buraxılırmış
YDM işçisi avtomobildəki Rusiya nömrəsini oxuya bilməyib sistemə belə yazdı - VİDEO
Bakının nəqliyyat yükü necə aradan qaldırıla bilər? – Ekspert AÇIQLADI - VİDEO
Müasir avtomobillərdə yeni trend: funksiyalar artıq aylıq ödənişlə aktivləşəcək - RƏSMİ








