Bu ölkədə yaşı 100-dən çox olanların sayı 100 minə çatır - Əksəriyyəti qadınlardır

Yaponiyada yaşı 100 və daha çox olan insanların sayı 100 min nəfərə yaxınlaşır. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, son hesablamalara görə, ölkədə bu yaş həddini ötən 99,763 nəfər yaşayır. Bildirilir ki, bu göstərici əvvəlki illə müqayisədə 4644 nəfər çoxdur. Ümumilikdə isə uzunömürlülüyü ilə seçilən Yaponiyada həmin göstərici ardıcıl 55 ildir ki, artmaqdadır.
Mütəxəssislər bu qeyri-adi tendensiyanı sağlam qidalanma, səhiyyənin əlçatanlığı, aktiv həyat tərzi və insanların qocalıqda da rifahını təmin edən güclü icma və sosial dəstək sistemləri ilə əlaqələndirirlər.
100 yaş həddini keçən əhalinin böyük əksəriyyətini - təxminən 88%-ni qadınlar təşkil edir.
Qeyd edək ki, Yaponiya hökuməti 1963-cü ildə etibarən 100 yaş həddini ötən insanların statistikasını aparmağa başlayıb. Həmin vaxt ölkədə 100 yaşı tamam olmuş cəmi 153 nəfər qeydə alınmışdı.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












