Bu ölkələrdə selfi çəkmək təhlükəlidir - SİYAHI - FOTO

Sosial şəbəkələr üçün mükəmməl selfi çəkmək cəhdi ölümcül nəticələr doğura bilir.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Milli Tibb Kitabxanasının əvvəlki araşdırmasına görə, 2014-cü ilin martı ilə 2021-ci ilin aprel ayı arasında 332 nəfər ya selfi çəkərkən, ya da başqa birinin selfisində yer alarkən həyatını itirib.
Selfi ilə bağlı ölümlərin böyük əksəriyyətini gənclər (89,2 faiz) və kişilər (66,6 faiz) təşkil edir.
“The Barber Law Fir” tərəfindən aparılan və 2014-cü ilin martından 2025-ci ilin mayına qədər olan dövrü əhatə edən yeni araşdırmaya görə isə, selfi çəkmək üçün dünyanın ən təhlükəli ölkəsi Hindistandır. Həmin hadisələrin 40 faizdən çoxu bu Cənubi Asiya ölkəsində baş verir. Belə ki, ölkə üzrə 271 nəfərin (214 ölüm, 57 yaralanma) selfi qurbanı olduğu bildirilib.
.png)
Siyahının ikinci pilləsində 37 ölüm, 8 yaralanma ilə ABŞ, üçüncü yerdə isə 18 ölüm faktı ilə Rusiya yer alıb.
Daha sonra Pakistan (16 ölüm), Avstraliya (15 ölüm) və İndoneziya (14 ölüm) gəlir. Son dörd yerdə isə hər birində 13 ölüm faktı ilə Keniya, Birləşmiş Krallıq, İspaniya və Braziliya qərarlaşıb.
.png)
Araşdırmaya görə, selfi çəkərkən baş verən ölümlərin əsas səbəbi dam, uçurum və ya hündür tikililərdən yıxılmaqdır.
Alimlər gözlənilməz ölümlərin qarşısını almaq üçün dünyada turistik və təhlükəli məkanlarda selfinin qadağan olunduğu ərazilərin yaradılmasını təklif edirlər.
Hindistanın məşhur turistik yerlərinin bir çoxunda ölüm hadisələrindən sonra artıq selfi qadağası qüvvədədir.

Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu
93 yaşlı nizamlayıcı hər gün iş başındadır
Tavan baqajı avtomobilin yanacaq sərfiyyatına təsir göstərir? – ARAŞDIRMA
Azərbaycanlı kəndlinin Stalin mükafatı almış ixtirası - FOTOLAR










