Bu yay Yer tarixində ən qısa günlərdən biri yaşana bilər

Alimlər Yer kürəsinin fırlanma sürətindəki ani dəyişiklikləri diqqətlə izləyir və bu yay planetimizin indiyədək qeydə alınmış ən qısa günlərindən biri ola biləcəyi ehtimalını irəli sürürlər.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, astrofizik Qraham Consun fikrincə, 9 və ya 22 iyul, yaxud da 5 avqust tarixində Yer öz oxu ətrafında tarixdəki ən sürətli fırlanmanı həyata keçirə və bununla da ötən ilin rekordunu qıra bilər.
Yerin öz oxu ətrafında fırlanma sürəti, geniş yayılmış fikrin əksinə olaraq, sabit deyil və davamlı şəkildə kiçik dəyişikliklərə məruz qalır. Bu dəyişikliklər günlərin uzunluğuna millisaniyə səviyyəsində təsir edir. Son illərdə aparılan ölçmələr göstərib ki, Yer planeti gözləniləndən daha sürətli fırlanır. Bu hal bəzi mütəxəssislərin "mənfi artıq saniyə" adlanan düzəlişin zəruri ola biləcəyi qənaətinə gəlməsinə səbəb olub. Əgər bu düzəliş tətbiq olunarsa, bu yay Yer tarixindəki ən qısa günü yaşaya bilərik.
Yerin fırlanma sürətindəki bu dəyişikliklərin bir çox səbəbi var. Ay və Günəşin qabarma-çəkilmə qüvvələri, planetin daxilindəki ərimiş nüvənin hərəkətləri, atmosfer hadisələri, okean cərəyanları və hətta qütblərdəki buzlaqların əriməsi kimi amillər planetin kütlə paylanmasına təsir göstərərək fırlanma sürətini dəyişdirə bilir. Xüsusilə son dövrdə buzlaqların əriməsi nəticəsində qütb ərazilərindəki kütlə paylanmasının dəyişməsi və bu səbəbdən fırlanma sürətinin artması ehtimal olunur.
Bu mikro səviyyəli dəyişikliklər gündəlik həyatımıza birbaşa təsir etməsə də, qlobal zamanlama sistemləri üçün böyük əhəmiyyət kəsb edir. GPS peykləri, kompüter şəbəkələri və müasir rabitə sistemləri kimi texnologiyalar son dərəcə dəqiq zamanlamalara əsaslanır. Əgər Yerin fırlanma sürəti ilə atom saatlarına əsaslanan zaman arasında fərq həddindən artıq böyüsə, bu sistemlərin düzgün işləməsi üçün zaman dilimlərinə "artıq saniyə" əlavə edilməsi və ya çıxarılması tələb oluna bilər. "Mənfi artıq saniyə", yəni bir saniyənin çıxarılması isə indiyədək heç vaxt tətbiq olunmamış bir düzəliş olacaq.
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO
Rüfət Axundovun retro avtomobili gündəm oldu; köməkçisi danışdı
“Analoqu olmayan” rus təyyarəsi bütün parametrlərinə görə fransızlara uduzdu
Gəlin və bəy motosikletlə zala daxil oldu – VİDEO
“Əkinçi”: dəmir yolunun xeyrini hər kəs görəcək - FOTOLAR
Yolun möhkəmliyi nədən asılıdır? – ARAŞDIRMA
Azərbaycanlı ustanın hazırladığı "Transformer"ə çevrilən avtomobil - VİDEO










