"Chanel” paltarlarını geyinib metroya endilər, qatar gözlədilər... - FOTO

Dünyaca məşhur “Chanel” brendi Nyu-Yorkun tərk edilmiş Boueri metro stansiyasını özünün ən son “Métiers d’art” nümayişi üçün podiuma çevirib.
Avtosfer.az xəbər verir ki, qaranlıq və kobud yeraltı məkan brendin əl işlərini və yüksək dəb ruhunu özünəməxsus şəkildə əks etdirib.
Tədbirdə iştirak edən “Chanel” səfiri, aktrisa Kristen Stüart şounu “kino atmosferli və çox emosional” adlandırıb. Onun sözlərinə görə, modellərin gündəlik elementlərlə birləşdirilmiş zərif geyimləri real həyat enerjisi yaradıb.
Matyo Blezinin bədii rəhbər kimi hazırladığı kolleksiya moda dünyasında böyük maraq doğurub. Kolleksiyada yüngül toxumalı “tweed” kostyumlar, lələklərlə işlənmiş paltarlar və klassik “Chanel” çantalarının yenilənmiş versiyaları yer alıb.
Şou başladıqda qaranlıq stansiyaya metro qatarı daxil olub və modellər “funky” papaqlar, “tweed” kostyumlar, tişörtlərlə kombinlənmiş dəbli paltarlarla platformaya çıxaraq podium kimi stansiyanı dolaşıblar. Onlar bir müddət sonra tipik Nyu-York sərnişinlərinin “yorğun baxışlarına” bürünüblər — gözəl gecə makiyajı, kürk palto, amma yenə də qatara baxıb gözləmək...
“Chanel”in Nyu-Yorku seçməsi təsadüfi deyil. Bir tərəfdən Koko Şanelin bu şəhərə olan davamlı səfərləri, digər tərəfdən isə ABŞ-də brendə yüz minlərlə dollar xərcləyən “çox vacib müştərilər”in bolluğu bu seçimi daha məntiqli edir. Tədbirə bir çox məşhurlar da qatılıb.
Qeyd edək ki, “Métiers d’art” şousu hər il dekabr ayında keçirilir və “Chanel”in ənənəvi sənətkarlıq irsini – “Maison Michel”, “Massaro”, “Lesage” kimi atelyelərin ustalığını dünyaya təqdim etməyi hədəfləyir.








3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












