ChatGPT-nin köməyi ilə məhkəmədə qalib gəldi

Odessada yaşayan bir qadın süni intellektdən istifadə edərək məhkəməni necə qazandığını və min dollar qənaət etdiyini danışıb. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Odessalı Aleksandra Korin hüquqşünas xidmətlərinə pul xərcləməmək üçün ChatGPT-dən istifadə edib və məhkəmə mübahisəsini özü həll edib. O, iddia ərizəsini süni intellektin köməyi ilə hazırlayıb və “Elektron məhkəmə” sistemi ilə işləməyi öyrənib. Xərci yalnız ChatGPT abunəsinə və məhkəmə rüsumuna çıxıb.
Lakin o etiraf edir ki, bu, heç də asan olmayıb:
“Bu, həqiqətən də çox böyük bir iş idi: uşağım yatandan sonra oturub bunu edirdim. Süni intellekt mənə elektron məhkəmə vasitəsilə müraciət edə biləcəyimi dedi. İlk cəhdim uğursuz oldu. Sənədlərdə bəzi səhvlər aşkarlanandan sonra məhkəmə işi geri qaytardı. Lakin mən səhvləri düzəldib yenidən göndərdim və hakimin qərarı xeyrimə oldu. Məhkəmədə iddianın süni intellektin köməyi ilə tərtib edildiyini bilmirdilər. Bununla belə, bu barədə hər hansı qadağa olmadığını qeyd etdilər”.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












