Çin bu problem də həll etdi; daha çox tutumu olan litium batareyalar istehsal olunacaq - FOTO

Çində elektrikli nəqliyyat vasitələrinin yürüş məsafəsini əhəmiyyətli dərəcədə artıra biləcək yeni nəsil batareya hazırlanıb.
Avtosfer.az xəbər verir ki, Nankai University alimlərinin apardığı və nəticələri “Nature” jurnalında dərc olunan tədqiqatda mövcud litium batareyalarının uzun illərdir mövcud olan əsas məhdudiyyətlərinin aradan qaldırıldığı bildirilir.
Məlumata görə, ənənəvi litium batareyaları enerji istehsalı üçün litium duzlarının həlledicidəki oksigen atomları ilə qarşılıqlı təsirinə əsaslanır. Bu proses zamanı litium ionları elektrolit daxilində hərəkət edərək elektrik cərəyanı yaradır. Lakin yüksək miqdarda həllediciyə ehtiyac duyulması batareyaların kiçik ölçülərdə və aşağı temperatur şəraitində performansının zəifləməsinə səbəb olur.
Yeni hazırlanmış batareyada isə “flüorlu karbohidrogen” əsaslı həlledicidən istifadə edilir. Tədqiqatçılar bildirirlər ki, bu yanaşma litium duzlarının daha səmərəli həllinə imkan yaradır, elektrolitin miqdarını azaldır və eyni zamanda daha sürətli ion ötürülməsini təmin edir.
Layihənin müəlliflərindən professor Zhao Qing izah edib ki, elektrolit həm ionları sürətlə buraxmalı, həm də yüksək ötürmə qabiliyyətinə malik olmalıdır, lakin bu iki xüsusiyyət adətən bir-birinə mane olur. Onun sözlərinə görə, flüor elementinin litiuma qarşı daha zəif cəlbediciliyi bu ziddiyyəti aradan qaldırmağa kömək edir.

“The Independent” qəzetinin yaydığı məlumata əsasən, yeni batareya otaq temperaturunda 700 vatt-saat/kq, -50 dərəcə Selsidə isə təxminən 400 vatt-saat/kq enerji sıxlığına çata bilir. Müqayisə üçün qeyd olunur ki, tipik litium batareyalarının nəzəri limiti təxminən 350 vatt-saat/kq təşkil edir. Bu göstəricilər yeni texnologiyanı bərk hallı batareyaların tutum səviyyəsinə yaxınlaşdırır.
Çinin dövlət televiziyası “China Central Television”a (CCTV) danışan tədqiqatçılar bildiriblər ki, bu inkişaf batareyaların ölçüsünü və ya çəkisini artırmadan onların tutumunu ikiqat yüksəltməyə imkan verə bilər. Aparıcı müəllif Çen Cun qeyd edib ki, hazırda bir doldurma ilə 500 kilometr məsafə qət edən elektrikli avtomobillər yeni batareya ilə 1000 kilometrdən çox yol gedə biləcək.
Mütəxəssislərin fikrincə, batareyanın aşağı temperatur şəraitində belə sabit işləməsi onu yalnız quru nəqliyyat vasitələri üçün deyil, həm də yüksək hündürlükdə fəaliyyət göstərən təyyarə və pilotsuz uçuş aparatları üçün perspektivli texnologiyaya çevirir.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












