Çində 13 milyondan çox abituriyent ali məktəblərə qəbul imtahanında iştirak edir

Çində ali məktəblərə iyunun 7-dən başlayan qəbul imtahanlarında (“qaokao”) 13 milyon 350 min abituriyent iştirak edir.
Avtosfer.az xəbər verir ki, imtahan müxtəlif ixtisas qrupları üzrə iyunun 7-dən 10-dək keçirilir. Abituriyentlər ümumrespublika imtahanında 3 əsas fəndən – Çin dili, riyaziyyat və xarici dildən başqa, seçdikləri ixtisasa uyğun olaraq ideologiya və siyasət, tarix, coğrafiya, fizika, kimya və biologiya fənlərindən də imtahan verməlidirlər. İmtahanın təşkili üçün ölkə üzrə yüzlərlə məkan ayrılıb, milyondan çox nəzarətçi imtahanlara cəlb olunub.
Qeyd edək ki, “qaokao” dünyada ən kütləvi imtahan hesab olunur. Çində ümumrespublika vahid qəbul imtahanının tətbiqinə 1952-ci ildə başlanılsa da, təlatümlü “mədəni inqilab” dövründə dayandırılıb. Bu da öz növbəsində ölkədə təhsilin səviyyəsinin aşağı düşməsinə və kadr çatışmazlığına səbəb olub. Çin lideri Den Siaopin 1977-ci ildə “qaokao” sistemini bərpa edib. Bu sistem Çində islahatların aparılması üçün tələb olunan kadr təminatını ödəyib. O vaxtdan bəri ümumilikdə 190 milyona yaxın gənc “qaokao”da iştirak edib.
Çində abituriyent sayının çox olması ali məktəblərə qəbul prosesində böyük müsabiqə yaradır. Elə bu səbəbdən “qaokao” abituriyentlərlə yanaşı, onların ailə üzvləri, müəllimləri üçün də sanki bir sınaqdır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












