Çində yeni insan növü: Homo juluensis nədir?

Alimlər Çində tapılmış bir fosilə əsaslanaraq Homo juluensis adını verdikləri yeni bir arxaik insan növü aşkar edildiyini elan ediblər. Fosilin xüsusiyyətləri göstərir ki, bu populyasiya müxtəlif hominin növləri arasında genetik mübadilə nəticəsində yaranıb və Asiyadakı insan təkamülündə hibridizasiyanın mühüm rol oynadığını təsdiq edir.
Avtosfer.az “Qaynarinfo”ya istinadən məlumatına görə, araşdırmalar göstərir ki, Şərqi Asiyadakı Geç Kvaterner dövrünə aid insan fosilləri əvvəllər düşünüləndən daha çox morfoloji müxtəliflik nümayiş etdirir. Son illərdə aparılan tədqiqatlar bu bölgədə yalnız bir deyil, bir neçə insan növünün mövcud olduğunu üzə çıxarıb. Bu yeni növlər arasında Homo floresiensis, Homo luzonensis, Homo longi və ən son olaraq Homo juluensis yer alır.
Alimlər Çinin şimalındakı Suciyao və Syuçanq bölgələrində tapılan fosillərə əsaslanaraq bu yeni növü müəyyən ediblər. Bu kəşf, təxminən 300 min ilə 50 min il əvvəl Orta Pleyistosen dövründə hominin müxtəlifliyini daha dəqiq anlamağa imkan yaradır.
Homo juluensis-in xüsusiyyətləri
O, təxminən 220 min ilə 100 min il əvvəl yaşayıb. Böyük beyin həcmi və qalın sümük strukturları ilə seçilir. Suciyao bölgəsində aparılan qazıntılar nəticəsində bu növə aid 10 fərdin fosili və 10 mindən çox daş alət aşkarlanıb.
Fosillərin xüsusiyyətləri bu populyasiyanın fərqli hominin növləri arasında genetik mübadilə nəticəsində yarandığını göstərir. İnsan təkamülü və yeni növün əhəmiyyəti “Homo sapiens” təxminən 300 min il əvvəl təkamül etmiş və Afrikadan Avropa və Asiyaya yayılmışdır. Lakin müasir insandan əvvəl mövcud olmuş hominin növlərinin təkamülü hələ də tam aydın deyil. Xüsusilə 700 min ilə 300 min il arasında mövcud olmuş homininlərin təsnifatı alimlər arasında mübahisələrə səbəb olur.
2023-cü ildə Havay Universitetindən Kristofer Bey və Çin Elmlər Akademiyasından Syu Çey Vu Suciyaoda tapılmış hominin fosillərini araşdıraraq bu fərdləri Homo juluensis kimi adlandırmağa qərar veriblər. Fosillər müasir insanlara, Denisovalılara və Neandertallara xas xüsusiyyətləri ilə diqqət çəkir.
Alimlərin fikirləri və müzakirələr
Londondakı Təbii Tarix Muzeyindən Kris Stringer bu növün Homo longi ilə oxşarlıq göstərə biləcəyini qeyd edib. Viskonsin Universitetindən paleoantropoloq Con Houks isə bu adlandırmanın fosil məlumatlarının daha yaxşı təsnif edilməsinə kömək edəcəyini bildirib.
Syu Çey Vu isə yeni növ adlandırmasının Asiyadakı fosil məlumatlarını dəqiqləşdirdiyini və elmi əlaqəni asanlaşdırdığını vurğulayıb.
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO










