Çinin yeni avtomobilinə 42 nəfər mindi - DÜNYA REKORDU - FOTO

Çin mənşəli avtomobil istehsalçısı “Geely” yeni minivan modeli “Galaxy V900” ilə avtomobil sənayesində xüsusi nailiyyətə imza atıb.
Avtosfer.az xəbər verir ki, avtomobil sinfinə aid olsa da, geniş salona malik model 42 nəfərin eyni anda salonuna yerləşdirilməsi ilə “Guinness Dünya Rekordu”nu rəsmi şəkildə yeniləyib.
Rekord sınağı zamanı orta boyu 170 sm olan 42 qadın iştirakçı avtomobilin salonuna daxil edilib və bununla da “Galaxy V900” “bir dəfəyə ən çox sərnişin daşıyan minivan” kateqoriyasında dünyanın yeni lideri elan olunub. “Geely” nümayəndələri nəticənin modelin 8,41 kvadratmetrlik geniş salon sahəsi və 91,8 faizlik istifadəolunan məkan səmərəliliyi sayəsində mümkün olduğunu bildiriblər.

5360 millimetr uzunluğa və 3200 millimetr təkər bazasına malik “Galaxy V900” öz sinfində ən geniş daxili məkanlardan birini təqdim edir. Model 6 və ya 8 oturacaqlı versiyalarla təklif olunur. Dördüncü sıra oturacaqlar tam şəkildə döşəməyə qatlanaraq salonu geniş və düz platformaya çevirir ki, bu da avtomobili həm ailə istifadəsi, həm də kommersiya məqsədləri üçün əlverişli edir.
“Galaxy V900” uzadılmış məsafəli elektrik sistemi – EREV texnologiyası ilə çalışır. Avtomobili əsasən elektrik motorları hərəkət etdirir, benzin mühərriki isə batareyanı dəstəkləyir. Model 1,5 litr həcmində 161 at gücünə malik turbo benzin mühərriki və 43,3 kWh və ya 50 kWh tutumlu batareya ilə istehsal edilir. Tam elektriklə hərəkət məsafəsi 165–202 km arasında dəyişir. Batareya tükəndikdən sonra avtomobil 100 kilometr məsafədə təxminən 7 litr yanacaq sərf edir.
Eltac Zülfüqaroğlu
“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu










