Daha sağlam həyatın sirri araşdırılıb

Böyük Britaniyada aparılan geniş tədqiqat göstərib ki, yeriməyin tərzi, yəni addımların necə atılması ümumi addım sayından belə vacib ola bilər. UK Biobank məlumatlarına əsaslanan araşdırmada 33 min 560 yetkinin gündəlik hərəkət nümunələri və sağlamlıq vəziyyəti 9,5 il ərzində izlənilib. Nəticədə məlum olub ki, daha uzun fasiləsiz gəzintiləri (məsələn, 10-15 dəqiqə və ya daha çox davam edən) üstün tutan insanlar, qısa və tez-tez gəzənlərlə müqayisədə həm ölüm, həm də ürək-damar xəstəlikləri riskini xeyli azaldırlar.
Avtosfer.az “SciTechDaily” saytına istinadla xəbər verir ki, nəticələrə əsasən, 5 dəqiqədən az yeriyənlərdə ölüm riski 4,36 faiz, 10-15 dəqiqə yeriyənlərdə 1,53 faiz, 15 dəqiqə və daha çox yeriyənlərdə cəmi 0,80 faiz, ürək-damar xəstəlikləri üçün risk fərqi isə daha da böyük olub. Mütəxəssislər bildirirlər ki, bu nəticələr xüsusilə az aktiv və oturaq həyat tərzi keçirən insanlar üçün önəmlidir. Onlara gündəlik rejimlərinə məqsədyönlü, fasiləsiz gəzintilər əlavə etmək tövsiyə olunur.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












