Dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatdı

Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi 2025-ci ilin yanvar ayında rekord səviyyəyə - 48.6 milyon tona çatıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12.8 faiz çoxdur.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Onun sözlərinə görə, yanvar ayında Türkiyənin dəniz limanlarına yüklərin daşınması üzrə lider ölkə Rusiya olub, Türkiyə məhsullarının ixrac həcminə görə isə İtaliya, ABŞ və İspaniya liderlik edib.
Cari ilin ilk ayında Türkiyədə yüklərin dövriyyəsi üzrə lider limanlar Aliağa (7.72 milyon ton), Kocaeli (7.71 milyon ton) və İskəndərun (6.6 milyon ton) olub.
Nəqliyyat naziri vurğulayıb ki, Türkiyə hökuməti qlobal dəniz yükdaşımalarında ölkənin payını artırmaq istiqamətində bütün zəruri tədbirləri görməyə davam edəcək.
(oxu.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












