Dünya 6 dəqiqəlik qaranlığa qərq olacaq

İki avqust 2027-ci ildə nadir tam Günəş tutulması baş verəcək. Avtosfer.az xəbər verir ki, astronomlar bu tutulmanın müasirdövrün ən uzun tutulmalarından biri olacağını bildirirlər. Hesablamalara görə, Ay Günəşi tam 6 dəqiqə 20 saniyə ərzində örtəcək və bəzi bölgələr gündüz vaxtı qısa müddətə qaranlığa qərq olacaq. Mütəxəssislər qeyd edirlər ki, bu qədər uzun "totallıq" mərhələsi nadir hallarda müşahidə olunur və oxşar hadisə üçün onilliklər, hətta bir əsrə yaxın gözləmək lazım gələ bilər.
Tutulma harada daha aydın görünəcək?
Hadisə xüsusilə Şimali Afrika üzərində daha təsirli şəkildə müşahidə olunacaq. Misirin Luksor şəhəri tutulmanın ən uzun davam edəcəyi nöqtələrdən biri hesab olunur. Ayın kölgəsi Liviya, Tunis, Əlcəzair və Mərakeş üzərindən keçəcək. Cəbəllütariq və Avropanın cənub hissələrində isə tam tutulma qısa müddətə görünəcək, digər bölgələrdə qismən tutulma müşahidə ediləcək. Alimlər bu fenomeni Günəş və Ay arasındakı xüsusi nisbətlə izah edirlər. Günəş Aydan təxminən 400 dəfə böyükdür, eyni zamanda Yerə olan məsafəsi də təxminən 400 dəfə artıqdır. Bu uyğunluq Ayın səmada Günəşi tam örtə bilməsinə şərait yaradır.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












