Dünyada əhalisi ən çox yatan ölkələr açıqlandı – SİYAHI

Hər ölkənin özünəməxsus həyat ritmi və buna uyğun formalaşan yuxu rejimi mövcuddur. Avtosfer.az Ölkə.az-a istinadla xəbər verir ki, qlobal məlumat platformalarının son statistikası dünyada ən çox yatan ölkələri üzə çıxarıb. Araşdırmaya görə, bəzi ölkələrdə “siesta” kimi gündüz yuxusu ənənələri ümumi yuxu müddətini artırır. Digər ölkələrdə isə gec saatlara qədər davam edən sosial həyat gecə yuxusunun azalmasına səbəb olur. Mütəxəssislər bildirir ki, yuxu müddəti təkcə bioloji ehtiyac deyil, eyni zamanda mədəni və sosial faktorlarla da sıx bağlıdır.
Statistikaya əsasən, dünyanın ən çox yatan ölkələri bunlardır:
Niderland – təxminən 8 saat 5 dəqiqə
Yeni Zelandiya – təxminən 8 saat 4 dəqiqə
Fransa – təxminən 8 saat 3 dəqiqə
Avstraliya – təxminən 8 saat 1 dəqiqə
Belçika – təxminən 8 saat 1 dəqiqə
Kanada – təxminən 7 saat 58 dəqiqə
Birləşmiş Krallıq – 7 saat 54 dəqiqə
ABŞ – təxminən 7 saat 52 dəqiqə
Yaponiya – təxminən 7 saat 30 dəqiqə
Sinqapur – təxminən 7 saat 24 dəqiqə
Rəsmi məlumatlara əsasən, Türkiyədə orta yuxu müddəti 6,8 saat təşkil edir. Bu göstərici ilə Türkiyə dünya üzrə yuxu reytinqində 20–25-ci yerlər arasında qərarlaşıb. Mütəxəssislər xəbərdarlıq edir ki, uzunmüddətli yuxu azlığı həm fiziki, həm də psixoloji sağlamlıq üçün risk yarada bilər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












