Dünyada ən nadir motosikletlərdən biri satılır - FOTO

"DubiCars" portalında "Lotus C-01" motosikleti satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, 2010-cu illərin ortalarında bu modeldən cəmi 100 ədəd istehsal edilib. Tanınmış yarış markasının bu kolleksiya nümunəsinin qiyməti 274 min dollara yaxındır.
Motosiklet xrom elementlər və nadir parlaq sarı rəngli əlavələrlə bəzədilib. Satışa çıxarılan nüsxə 2014-cü ildə istehsal edilib. Onun yürüşü 19 kilometrdir. Lakin istifadə izləri yoxdur, vəziyyəti yeni kimidir.
"Lotus C-01" Daniel Simonun layihəsi əsasında əl ilə yığılıb. Motosikletdə geniş şəkildə karbon lif və titandan istifadə edilib. Onun kütləsi 180 kiloqramdır. 1.2 litrlik mühərrik 200 at gücü hasil edir.
Xatırladaq ki, bir il əvvəl "Sotheby's" auksionunda fərqli rəngdə olan oxşar motosiklet satılıb. Sıfır yürüşə malik nəqliyyat vasitəsinin qiyməti 228 min dollar olub.(oxu.az)

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












