Dünyada ən sürətli heyvan hansıdır? - SİYAHI

Bir çox insanı Yer üzündə ən sürətli heyvanın hansısı olduğu maraqlandırır. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu suala cavab verərkən heyvanların yaşadığı mühiti nəzərə almaq lazımdır. Buna görə nəşr quru, dəniz və səma kateqoriyalarını ayırıb.
Quruda ən sürətli heyvan
Bəbir dünyada ən sürətli quru məməlisi hesab olunur və 120 km/saatadək sürət yığa bilir. Axıcı və incə bədəni, güclü əzələləri sayəsində bu heyvan ovunu təqib edərkən 0-dan 60 km/saat sürətə cəmi üç saniyəyə çatır. Hesab edilir ki, bəbirlər hər addımda sürətlərini saatda təxminən 10 kilometr artıra bilirlər. Materialda qeyd olunur ki, bu heyvanların ovları da sürətli qaçış qabiliyyətinə malikdir. Məsələn, springbok antilopu 88 km/saat sürət yığa bilir. Həmçinin həşəratları da unutmaq olmaz, xüsusilə Avstraliya pələng böcəyini. Onun maksimal sürəti cəmi 9 km/saat kimi görünsə də, bu, həmin kiçik həşəratın saniyədə bədən uzunluğunun 125 qatını qət etməsi deməkdir ki, bu da ona milçəkləri saniyələr içində tutmağa imkan verir.
Dənizdə ən sürətli heyvan
Dənizdə ən sürətli heyvan mövzusunda müəyyən mübahisələr var. Bu səbəbdən adətən iki növ qeyd olunur: qara marlin və yelkənbalığı. "Ümumi razılaşmaya görə, qara marlin saatda 128 kilometr sürət yığaraq yelkənbalığını qabaqlaya bilir, halbuki yelkənbalığının maksimal sürəti 109 kilometrdir”, deyə "IFLScience” izah edir.
Səmada ən sürətli heyvan
Dünyanın ən sürətli quşu şahin-sapsandır. Üfüqi uçuş zamanı 88 km/saat sürətlə hərəkət edən bu quş kifayət qədər sürətlidir. Lakin onun əsl möhtəşəmliyi şığıma zamanı üzə çıxır. Ov zamanı şığıyaraq 320 km/saatdan artıq sürət yığmaq qabiliyyəti rekordlar kitabına layiqdir, nəşr əlavə edir. Materialda bildirilir ki, bu dəfə "fəxri qeyd” ağboğaz sivişənə verilir. O, üfüqi uçuşda rahatlıqla 170 km/saat sürət yığa bilir. Qızıl qartal isə şahin-sapsandan sonra ikinci yeri tutur və şığıma zamanı 240 km/saat sürətə çata bilir. Bundan əlavə, dünyada ən sürətli uçan həşəratın Avstraliya iynəcəyi olduğu məlumdur. O, 58 km/saat sürətə çata bilir ki, bu da onu həşəratlar arasında ən sürətli növ edir.
Bu ölkədə elektrik avtobus bazarının yarısına “BYD” nəzarət edir
Sükan arxasında yemək və zəng: hansı daha təhlükəlidir?
Bu iki yol nişanını qarışdırmaq sürücülərə 450 manata başa gələ bilər – FOTO
BƏƏ-dən uşaqların sosial şəbəkəyə girişi qadağan edildi
Beş milyard il sonra nə baş verəcək? - Yeni proqnoz
Həbsxanaları saxlamaq üçün sürücülərdən yığılan cərimələr artırılır
Bu ölkədə yol polisi peşəsi ləğv edilir; robotlar nəzarət edəcək - VİDEO
Körpülərin birləşən yerindəki boşluqlar nə işə yarayır? - Ekspert AÇIQLADI
Bu sürücülər kəmər taxmaya bilər
Avtomobil sənayesində yeni dövr; mexaniki sürət qutuları tarix olur?
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO










