Dünyada ilk velosiped yalanı: əslində nə baş verib? - FOTO

30-cu illərdə keçmiş SSRİ-də belə bir tendensiya meydana çıxdı: hansısa böyük ixtiranı ya rus (sovet) alimi edib, ya da rus ixtiraçılar bunu Avropadan qısa müddət sonra təkbaşına ediblər. Həm də çar dövrünün ağır istibdadı şəraitində.
Nə yazıq ki bu tendensiya Azərbaycanda çap olunmuş kitablara da sirayət edib. Bu gün bu yalanlardan birini faş etməyə çalışacağıq. Həm də obyektivliyi şübhə doğurmayan rus mütəxəssislərin rəyləri əsasında.
Avtosfer.az xəbər verir ki, 1923-cü ildə Nijni Taqil şəhərinin tarix muzeyinə bir antik velosiped daxil olur. Müşayiətedici sənədləri olmayan eksponat çox da diqqət cəlb etmir. Aradan illər keçir, 1948-ci il gəlir.
Həmin ildə başlayan “kosmopolitizmlə mübarizə” zamanı velopsiped yada düşür. Viktor Danilevskinin “Rus texnikası” kitabında Aleksandr Artamonov adlı rus kəndlinin 1800-cü ildə Nijni Taqildə velosiped icad etdiyi və növbəti il çar I Aleksandrın tacqoyma mərasiminə gəldiyi yazılır. Guya çar onu dərhal təhkimlilikdən azad edir. Bu yalan 2 il sonra adı çəkdiyimiz kitaba iqtibas edilərək Böyük Sovet Ernsiklopediyasına salınır. Hətta iddia edilir ki, Avropa bundan sonra rus kəndlinin icadından bəhrələndi.
Amma yalanın ömrü uzun olmur. Tarix üçün 40-50 il böyük müddət deyil. 1986-cı ildə yenidənqurma vaxtı bir çox işə yenidən baxılır. Artamonov velosipedini isə elə doğma şəhərindəki metallurgiya kombinatının laboratoriyasında kimyəvi və fiziki analizi aparılır. Analiz zamanı təkər diski və gövdənin materiallarının ayrı tərkibdə olduğu və ayrı-ayrı illərdə hazırlandığı məlum olur. Yəni muzey eksponatının orijinal olmadığı təsdiqlənir. Növbəti analiz zamanı isə məlum olur ki, velosipedin metalı Marten üsulu ilə turş mühitdə hazırlanıb. İlk marten sobası isə çar Rusiyasında 1867-ci ildə qurulub. Bir sözlə, 1800-cü il söhbəti mifdən başqa bir şey deyil.
Tədqiqatın nəticələri 1987-89-cu illərdə həm yerli qəzetlərdə, həm də “Voprosı istorii” jurnalında dərc olunub. Sonuncuda dərc olunan məqalənin adı çox mətləbdən xəbər verir (tarixdə əfsanlər necə yaradılır - Как творятся мифы в истории).
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














