Dünyanın 0 nöqtəsində nə var? - FOTO

Xəritələrdə hər hansı məkanı göstərmək üçün adətən enlik və uzunluq koordinatlarından istifadə olunur.
Bəs bu sistemin başlanğıc nöqtəsi sayılan 0° enlik və 0° uzunluğun kəsişdiyi yerdə nə yerləşir?
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, əvvəlcə cavab sadə görünür - heç nə. Lakin bu nöqtənin arxasında maraqlı bir tarix dayanır. XIX əsrin sonlarınadək hər ölkə öz başlanğıc meridianını qəbul edirdi: məsələn, Fransa üçün bu xətt Parisdən, Çin üçün isə Pekindən keçirdi. Bu fərqlilik beynəlxalq naviqasiyada ciddi çətinliklər yaradırdı. 1884-cü ildə Vaşinqtonda keçirilən beynəlxalq konfransda 25 ölkənin alimləri və nümayəndələri bir araya gələrək ortaq meridian qəbul edib. Səsvermə nəticəsində İngiltərədəki Qrinviç Kral Rəsədxanasından keçən xətt 0° uzunluq kimi təsdiqlənib. Ekvator isə təbii olaraq 0° enlik kimi qəbul edilib.
Beləliklə, sistem formalaşıb. Bəs bu iki xəttin dəqiq kəsişdiyi nöqtə harada yerləşir?

Bu nöqtə Afrikanın qərb sahilləri açığında, Qvineya körfəzində, Atlantik okeanının tropik sularının ortasındadır. Yəni orada heç bir ada və ya torpaq yoxdur. Lakin rəqəmsal xəritə sistemlərində bu koordinatlar tez-tez "Null Island" ("Etibarsız ada") adı ilə tanınır. Bu, həqiqi ada deyil. Sadəcə coğrafi məlumat sistemlərində (GIS) səhv məlumatlar düşəndə, onlar avtomatik olaraq 0,0 nöqtəsinə yönləndirilir. Zamanla bu nöqtə xəritəçilər arasında zarafatla ada kimi təsvir olunmağa başlayıb.

Bununla belə, 0,0 nöqtəsi tamamilə boş deyil. Burada PIRATA (Prediction and Research Moored Array in the Atlantic) adlı beynəlxalq iqlim müşahidə sisteminə aid "Soul" adlı mayak yerləşir. Bu mayak külək, rütubət, temperatur və digər iqlim göstəricilərini toplayaraq, alimlərə hava proqnozlarının hazırlanması və qlobal iqlim tədqiqatlarında kömək edir. Beləliklə, "Null Island" xəritələrdə simvolik zarafat olsa da, reallıqda bu nöqtə dəniz elmləri və iqlim müşahidələri üçün əhəmiyyətli bir məkan hesab olunur.
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu – VİDEO










