Dünyanın 5484 illik ən yaşlı ağacı - FOTO

“Great Grandfather” adlanan pataqoniya sərvi 5484 illik ömrü ilə dünyanın ən yaşlı ağacı hesab olunur.
Bu barədə Çilidən olan alimlər açıqlama veriblər. Onların sözlərinə görə, gövdəsinin diametri 4 metr olan iynəyarpaqlı ağac əvvəlki rekordçunu 600 ildən çox qabaqlayır. Parisdəki İqlim və Ətraf Mühit Elmləri Laboratoriyasından Dr.Conatan Bariçiviç 2020-ci ildə ağacın gövdəsindən nümunə götürüb. O, yaşı daha dəqiq qiymətləndirmək - ətraf mühit faktorlarını və təsadüfi dəyişmələri nəzərə almaq üçün kompüter modelindən istifadə edib. Alim hələ ağac halqalarının tam hesabını aparmadığından, tədqiqatın nəticələri rəsmi olaraq dərc edilməyib. Tapıntıları təsdiqlənərsə, sərv Kaliforniyadakı 4853 yaşlı Mafusail şamını keçəcək. Pataqon sərvinin vətəni Çili və Argentinadır. Ağac nəhəng sekvoyalarla eyni ailəyə aiddir. O, çox yavaş böyüyür və 45 metrə qədər hündürlüyə çata bilər.
Mənbə: Guardian
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












