Dünyanın bu ərazisində təyyarə uçmur - FOTO

“Flyradar” saytına baxdıqda görürük ki, təyyarələr Yer kürəsinin səmasını hörümçək toru kimi əhatə edib. Lakin bir zona istisnadır. Söhbət Tibet regionundan gedir. Bəs səbəb nədir?
Avtosfer.az xəbər verir ki, Tibet regionunda təyyarə reyslərinin yoxluğu əsasən relyeflə əlaqədardır. Burada düzənliklər təxminən 5000 metr yüksəklikdədir. Bəzi zirvələrin hündürlüyü 8 min metri ötdüyündən təhlükəsiz uçuş üçün minimum 13 min metr yüksəlik tələb edilir. Bu da əlavə yanacaq sərfiyyatı yaradır.

Eyni zamanda, beynəlxalq aviasiya normaları da bunu diktə edir. Normaya görə hər təyyarədə oksigen ehtiyatı 15-20 dəqiqədir. Salonda hermetiklik pozularsa, ekipaj layneri ən qısa müddətdə 3000 metrə endirməlidir ki, nəfəs almaq mümkün olsun. Tibetdə isə bu mümkün deyil. Eyni zamanda, regionda daimi külək və turbulentlik müşahidə edilir.

Lakin regionda 4 min metrədək yüksəklikdə yerləşən az sayda aeroport fəaliyyət göstərir. Bura xüsusi təchiz edilmiş təyyarələr və pilotlar uçuş həyata keçirir. Bu uçuşlar kütləvi olmamaqla yanaşı, yalnız qonşu ölkələri əlaqələndirir.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












