Dünyanın ən bahalı şəhərlərinin son reytinqi - Bakı neçənci yerdədir?

Dünyanın ən bahalı şəhərlərinin son reytinqini "Numbeo" nəşr edib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, yenilənmiş versiyaya 327 şəhər daxildir.
Sıralamada əsas meyar Nyu-Yorkdakı qiymətlərə əsaslanan xüsusi indeksdir ki, bu, 100%-lik başlanğıc nöqtə hesab olunur. Burada yemək, kirayə haqqı, restoranların qiyməti və əhalinin alıcılıq qabiliyyəti nəzərə alınır.
İlk onluqda beş İsveçrə şəhəri (birinci yerdə Sürix, ikinci yerdə Lozanna, üçüncü yerdə Cenevrə, beşinci yerdə Bazel və altıncı yerdə Bern), dörd ABŞ şəhəri (dördüncü yerdə Nyu-York, yeddinci yerdə San Fransisko, səkkizinci yerdə Honolulu, və onuncu yerdə Boston) və bir İslandiya təmsilçisi (Reykyavik doqquzuncu yerdədir) qərarlaşıb.
London 14-cü, Paris 35-ci, Amsterdam 36-cı, Milan 68-ci, Brüssel 69-cu, Roma 144-cü, Praqa 160-cı, Lissabon 161-ci, İstanbul 188-ci, Pekin 209-cu, Antalya 217-ci yerdədir.
Bakı da bu siyahıya düşüb və 252-ci yeri tutub.
Müqayisə üçün:
Riqa - 163-cü yer;
Vilnüs - 165-ci yer;
Varşava - 167-ci yer;
İrəvan - 184-cü yer;
Tbilisi - 236-cı yer;
Moskva - 250-ci yer;
Kiyev - 266-cı yer
Astana - 275-ci yer;
Minsk - 283-cü yer;
Sankt-Peterburq - 285-ci yer;
Odessa - 290-cı yer;
Lvov - 292-ci yer;
Kazan - 302-ci yer;
Kalininqrad - 306-cı yer.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












