Dünyanın ən bahalı yaxtasının sahibi kimdir?

Almaniyanın dövlət orqanları rusiyalı özbək əsilli milyarder Alişer Usmanovun "Dilbar" adlı yaxtasına həbs qoyublar. Bu haqda "Forbes" yazır. 156 metr uzunluqda olan yaxta 2016-cı ildə hazırlanıb və 600 mln ABŞ dollarına başa gəlib. Yaxta Hamburqda yeniləmə işlərilə bağlı gəmi təmiri müəssisəsində olub.
"Forbes" Usmanovun Avropa Birliyinin bir neçə ölkəsində 280 mln ABŞ dolları dəyərində dəbdəbəli daşınmaz əmlakının da olduğunu yazır. Metallurgiya sənayesindən tutmuş TV və sosial media biznesinə qədər müxtəlif sahələrdə payı olan Alişer Usmanovun ümumi sərvəti 16,4 mlrd dollar həcmindədir.
Rusiyanın dövlət və hakimiyyət orqanları ilə sıx əlaqələri olan Usmanovun adı bu ölkənin Ukraynaya qarşı təcavüzünə görə Avropa Birliyinin tətbiq etdiyi sanksiyalara düşüb. Ümumiyyətlə, Avropa Birliyinin sanksiyalar tətbiq etdiyi Rusiya vətəndaşlarının sayı 25 nəfərdir. Onların arasında oliqarxlar, dövlət rəsmiləri, jurnalistlər, digər peşə sahibləri və Putinin sözçüsü Dmitriy Peskov da var.
Maraqlıdır ki, dünyanın ən bahalı yaxtaları, təyyarələri, avtomaşınları əsasən 3-cü dünya ölkələrindən olan oliqarxların payına düşür. Məsələn, dünyada 10 ən bahalı yaxtanın 5-i ərəblərə, 3-ü rus oliqarxlara məxsusdur, 1-i malayziyalı milyarder Robert Kuoka məxsusdur. 10-cunun sahibi açıqlanmayıb.
Ümumi sərvəti 11,9 mlrd ABŞ dolları həcmində olan 98 yaşlı Robert Kuoka məxsus, hazırlanmasında 10 ton qızıl və platindən istifadə olunmuş dünyanın ən bahalı yaxtasının qiyməti 4,8 mlrd ABŞ dolları həcmində dəyərləndirilir.
Diqqət çəkən həm də odur ki, ən bahalı 10 yaxtanın sahibləri arasında milyarderlərin sayına görə dünyada birinci yerdə olan (724 nəfər) ABŞ-dan bircə nəfər də yoxdur. Baxmayaraq ki, amerikalı milyarderlər başqa siyahıda - dünyanın ən zəngin adamlarının ilk onluğunda yerlərin 8-ni tuturlar.
Ən bahalı şəxsi təyyarələrin siyahısında da vəziyyət oxşardır. Burda ilk onluğa daxil olan bahalı təyyarələrin 3-ü ərəblərə, 2-si rusiyalılara, 2-si amerikalılara məxsusdur. Yeri gəlmişkən, şəxsi Airbus A340-300 təyyarəsi 350-500 mln ABŞ dolları həcmində dəyərləndirilən Alişer Usmanov bu siyahıda ikincidir.
Ərəstun Oruclu
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










