Dünyanın ən gözəl yolları - FOTO

Maraqlı 7 Mart 2022 13:00 Oxunub 1576
Dünyanın ən gözəl yolları   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yolların və magistralların əksəriyyəti darıxdırıcı və maraqsız olur. Ancaq Yer kürəsində nəfəs dərməyə imkan verməyən, təkrar-təkrar qayıtmaq istədiyiniz unikal yollar da var. Ən maraqlısı əsasən serpantinləri olan dağ yolları və ya dəniz üzərindəki körpülərin üstündən keçən magistral yollardır. Hər bir sürücünün heç olmasa bir dəfə keçmək istədiyi yolların Top onluğunu Avtosfer.az sizə təqdim edir.

10. Florida Keys Seven Mil Bridge, ABŞ

Florida Keys

Firuzəyi rəngli suyun üzərində mil kimi uzanan Seven Mile Bridge adı ilə tanınan körpünün uzunluğu 11,27 kilometrdir. Körpü Floridanı Florida Keys ilə birləşdirir. Burada avtomobillərin sürət həddi saatda yüz kilometrə qədər icazəlidir.

9. Dades dərəsi, Mərakeş

Dades Gorges

Magistral yol ilan kimi burularaq, sıldırım qayaların arasında təhlükəli döngələr yaradır. Hətta 360 dərəcə dönmələri olan bu yolda bəzən sürəti sıfıra endirməli olursan.

8. Transfaqaraş şossesi, Rumıniya

Transfagarasan

Karpatlarda Vallaçia və Transilvaniya bölgələri arasında kəsilmiş Transfaqaraş magistral yolu qəribə şəkildə dolanır, sonra sanki buludlara qalxır. Yol kənarından sadəcə əzəmətli dağların sehrli mənzərələri açılır. Bu yol magistral dünyanın ən gözəllərindən biri hesab olunur. Reytinqimizdə 8-ci yerə yüksələn Transfaqaraş şossesi hər il on minlərlə turisti özünə cəlb edir.

7. Sani keçidi, Cənubi Afrika

Sani Pass

Cənubi Afrikada dəniz səviyyəsindən 2800 metrdən çox yüksəklikdəki Sani keçidindən sonra Əjdaha dağlarına çatmaq olar. Buradan yalnız dörd təkərli avtomobillərdə peşəkar sürücülər dar serpantinlərlə qalxa bilər. Lakin ekstremal idmançılar da texniki cəhətdən sağlam avtomobillə yolu enə bilərlər. Torpaq yolun uzunluğu 9 kilometrə çatır.

6.Stelvio keçidi, İtaliya

Stelvio Pass

Stelvio Yolu kimi də tanınan Stelvio aşırımı, İtalyan Alp dağlarında təxminən 2757 metr hündürlüyə yüksələn 2 km uzunluğunda dar çıxıntılı yoldur. Yol 1820-ci ildə Lombardiyanı Avstriyanın qalan hissəsi ilə birləşdirən Avstriya İmperiyası tərəfindən tikilmişdir, o vaxtdan bəri burada praktiki olaraq heç bir şey dəyişməyib, sadəcə asfalt örtüyü çəkilib. Ekstremal sürücüləri burada 360 dərəcə dönmə bucaqlı 60 kəskin dönüş gözləyir.

5. Atlantik Yolu, Norveç

Atlantic Road

Norveçlilər sırf turistlərin əylənməsi üçün 8 kilometr uzunluğunda olan iki zolaqlı Atlantik yolunu çəkiblər. Bu yolda çox qəribə formaya malik, sanki səmaya qalxan və oradan qopan 7 körpünün köməyi ilə sahilə yaxın bir neçə ada bir-birinə bağlanır. Sizə sadəcə maşın sürmək, yerli gözəlliklərdən həzz almaq, təmiz dəniz havasından nəfəs alıb zövq almaq qalır. Xüsusilə turistlər üçün şüşə günbəzlə örtülmüş bir neçə panoramik platforma da bu yola xüsusi rəng qatır.

4. Kol de Turini, Fransa

Le col de Turini

Fransız Alp dağlarında 1500 metr yüksəkliyə qalxan 30 kilometrlik Col de Turini şossesi var. Sürücüləri daimi gərginlikdə saxlayan yolun praktiki olaraq düz hissələri yoxdur. Ekstrimal yol dağların fantastik mənzərələri ilə kompensasiya olunur. Qeyd edək ki, Kol de Turini onilliklər ərzində ardıcıl olaraq əfsanəvi Monte Karlo Rallisinin xüsusi proqramına daxil edilib.

3. Troll Road (Trollstigen), Norveç

Trollstigen

Troll Nərdivanı kimi də tanınan Troll Yolu 106 kilometr uzunluğundadır. Norveçin ən məşhur turistik yerlərindən biridir. Yol sadəcə dağların arasından serpantin şəklində qayalarda dolanır, çox böyük yüksəklik fərqinə malikdir və bəzi yerlərdə 3 metrə qədər daralır. Dəniz səviyyəsindən 850 metr yüksəkliyə qədər qalxan yolda Daredevillər trol pilləkənlərinin tam miqyası və Stigfossen şəlaləsinin yan tərəfi görünür. Qışda yollar buzlu olduğundan bağlanır, qar əridikcə isti havalarda isə gələn turistlərə unudulmaz səyahət qapıları açılır.

2. Jebel Hafit, BƏƏ-yə gedən yol

Road Jebel Hafeet

Birləşmiş Ərəb Əmirlikləri ən sadə şeyləri dünyanın hər yerindən turist cəlb edən attraksionlarına çevirməyi bacarır. Ölkənin ikinci ən yüksək dağında, 1249 metrə qədər yüksələn Jebel Hafitdə, serpantinlərlə qalxaraq 12 kilometrlik yol çəkilib. Kəskin dönüşləri olan yol, xüsusilə gecələr işıqlar bərq vuranda daha cazibəli görünür.

1.Guoliang tuneli, Çin

Guoliang Tunnel

Demək olar ki, dünyanın ən gözəl və qeyri-adi yolu Çindəki Guoliang tunelidir. Henan əyalətində dağların arasında olan 1500 metrlik tunel, nəhəng işıqlandırma sisteminə malikdir. Tunelin o qədər də uzun olmayan məsafəsinin əsrarəngliyini hiss etmək üçün mütləq buraya baş çəkmək lazımdır.

Nərminə Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh