"Dünyanın ən güclü 100 iş adamı" AÇIQLANDI

“Fortune” jurnalı “Dünyanın ən güclü 100 iş adamı” siyahısını dərc edib.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, siyahıda yaşları 30 ilə 90 arasında olan 40 sektordan biznes nəhəngləri yer alıb.
Siyahıda birinci yerdə "Tesla" şirkətinin rəhbəri İlon Mask qərarlaşıb. Jurnal Maskın geniş baxışı və mühəndislik intuisiyası sayəsində bir çox sektorlarda lider kimi tanındığını yazıb.
Siyahıda Maskın "SpaceX" və "Neuralink" kimi şirkətlərdə qazandığı uğurlar diqqət çəkərkən, dünyanın ən zəngin iş adamının siyasətə marağının artdığı və onun Donald Trampın ən böyük dəstəkçilərindən birinə çevrildiyi bildirilir.
Süni intellekt sənayesində mühüm yerə sahib olan Nvidia CEO-su Jensen Huang siyahıda ikinci yerdə qərarlaşıb. Huang, çip və qrafik kartı istehsalçısı Nvidia-nı süni intellekt texnologiyaları sahəsindəki inkişafları ilə vurğulayıb və şirkətin bazar dəyərini rekord səviyyələrə çatdırıb.
Üçüncü yerdə Microsoft-un baş direktoru Satya Nadella qərarlaşıb. Nadella Microsoft-un bulud texnologiyaları və süni intellekt sahələrində əhəmiyyətli dəyişikliklərə məruz qaldığını və OpenAI-a erkən sərmayə qoyaraq Microsoft-u texnologiya sənayesinin yuxarı səviyyələrinə daşıdığını vurğulayıb.
Berkshire Hathaway-in baş direktoru Uorren Baffet dördüncü, JPMorgan Chase-in baş direktoru Ceymi Dimon isə beşinci yerdə qərarlaşıb. Apple-ın baş direktoru Tim Kuk altıncı, Meta-nın baş direktoru Mark Zukerberq yeddinci, OpenAI-nin baş direktoru Sem Altman isə səkkizinci yerdə qərarlaşıb.
General Motors-un baş direktoru Meri Barra siyahıda doqquzuncu, Alphabet-in baş direktoru Sundar Piçai isə onuncu yerdə qərarlaşıb.
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?












