Dünyanın ən hündür körpüsü tikildi - FOTO

Çinin Quycou əyalətində inşa edilmiş dünyanın ən hündür körpüsü sentyabrın 28-də istifadəyə veriləcək.
Avtosfer.az xəbər verir ki, Beypan çayının üzərində, Huacin Böyük kanyonunda tikilən körpü çaydan 625 metr yüksəklikdə yerləşir. Bu, Eyfel qülləsinin hündürlüyündən 2 dəfə çoxdur.
Ümumi uzunluğu 2 min 890, asma hissəsinin uzunluğu 1420 metr olan Huacin Böyük kanyonu körpüsü həm də dünyada dağlıq ərazidə inşa edilən ən uzun asma körpüdür. Liupənşuy şəhəri ilə Çiensinan muxtar prefekturasını birləşdirən körpünün tikintisinə 2022-ci ildə başlanılıb. Bu yaxınlarda inşası başa çatan körpüdə müvafiq texniki sınaqlar keçirilib.
Qeyd edək ki, hazırda istifadədə olan ən hündür körpü də Çində, Quycou əyalətində Beypan çayının üzərindəki başqa körpüdür. Ginnesin Rekordlar Kitabına düşən “Beypancian” körpüsü çaydan 565,4 metr yüksəklikdə yerləşir.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












