Dünyanın ən varlı ailələrinin reytinqi açıqlanıb

Dünyanın 25 ən varlı ailəsinin məcmu varidatı 1,7 trilyon ABŞ dolları təşkil edir ki, bu da keçən ilə nisbətən 22 faiz çoxdur.
Avtosfer.az xəbər verir ki, “Bloomberg”in hazırladığı reytinqdə dünyanın ən böyük topdansatış və pərakəndə alış-veriş şəbəkəsi “Wallmart”ın sahibi, 238,2 milyard dollarlıq varidata malik Uoltonlar ailəsi başçılıq edir.
1962-ci ildə Sam Uolton tərəfindən əsası qoyulmuş “Wallmart” bu gün dünya üzrə 10 mindən çox dükandan ibarətdir, illik gəliri isə 559 milyard dollardır. Uoltonlar şirkətdə 48 faizlik pay sahibidir.
Reytinqin yuxarı 10-luğunda ardıcıllıqla ərzaq məhsulları istehsal edən “Mars” şirkətinin sahibi Marslar ailəsi (142 milyard dollar), ABŞ-ın “Koch İndustries” neft-kimya şirkətinin sahibi Koxlar ailəsi (124,4 milyard dollar), Fransanın “Hermes” dəb mərkəzinin sahibi Hermelər ailəsi (111,6 milyard dollar), Səudiyyə Ərəbistanının Əl Səud kral ailəsi (100 milyard dollar), Hindistanın “Reliance İndustries” holdinqinin sahibi Ambanilər ailəsi (93,7 milyard dollar), Fransanın “Chanel” dəb mərkəzinin sahibi Vertheimerlər ailəsi (61,8 milyard dollar), ABŞ-ın “Fidelity İnvestment” şirkətinin sahibi Consonlar ailəsi (61,2 milyard dollar), “Thomson Reuters” media şirkətinin sahibi Tomsonlar ailəsi (61,1 milyard dollar), Almaniyanın “Boehringer İngelheim” əczaçılıq şirkətinin sahibi Böringerlər ailəsi (59,2 milyard dollar) qərarlaşıb.///report
Avtomobil loqolarının sirri açıldı – Bu simvollar əslində nəyi ifadə edir?
Saxta fotolarla sərnişinlərdən pul alan taksi sürücüsü SAXLANILDI
Bakı–Sabunçu–Suraxanı xətti: Müsəlman Şərqinin ilk elektrikləşdirilmiş dəmir yolu - FOTOLAR
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA










