Dünyanın ilk qızılla örtülmüş küçəsi yaradılır - FOTOLAR

Dubay növbəti iddialı layihəsi ilə yenidən diqqət mərkəzindədir. Avtosfer.az xəbər verir ki, şəhər rəhbərliyi dünyada ilk dəfə bir küçənin tamamilə qızılla örtülməsi planını açıqlayıb.
Layihənin əsas məqsədi turistlərin və sosial media fenomenlərinin diqqətini cəlb etməkdir. Qızılla örtülmüş küçə zərgərlik sektoru üçün xüsusi olaraq dizayn edilən və “Gold district” adlandırılan iri layihənin tərkib hissəsi olacaq. Bu ərazi alıcıları, turistləri və sənaye nümayəndələrini bir məkanda birləşdirməyi hədəfləyir. Məlumata görə, Gold district”də 1000-dən çox qızıl, zərgərlik və kosmetika mağazası fəaliyyət göstərəcək. Layihədə “Jawhara Jewellery”, “Malabar Gold and Diamonds”, “Al Romaizan” və “Tanishq Jewellery” kimi beynəlxalq brendlərin yer alması planlaşdırılır. Bundan əlavə, ərazidə xarici qonaqlar üçün altı yeni hotel tikiləcək.
Dubay Festivalları və Pərakəndə Satış İdarəsinin baş direktoru Əhməd Əl Xaca bildirib ki, qızıl Dubay mədəniyyətinin ayrılmaz hissəsidir:
“Bu layihə ilə biz həm tarixi irsimizi vurğulayır, həm də yaradıcılıq və davamlılıq baxımından yeni mərhələyə qədəm qoyuruq”.
“Gold district”in Dubayın ən qədim ticarət məkanlarından biri olan Qızıl Bazara yaxın yerləşməsi layihəni daha da cəlbedici edir. Ziyarətçilər burada həm tarixi bazarı gəzə, həm də lüks mağazalarda alış-veriş edə biləcəklər.
Bu təşəbbüs Dubayın son illərdə reallaşdırdığı rekord layihələrə daha birini əlavə edir. Şəhər dünyanın ən hündür hoteli, ən hündür metro stansiyası və ən böyük hava limanı kimi layihələrlə də qlobal diqqəti üzərində saxlayır.
Qızılla örtülmüş küçə layihəsi Dubayın “imkansız yoxdur” yanaşmasını bir daha nümayiş etdirir və şəhərin innovativ turizm mərkəzi statusunu möhkəmləndirir.



Redaktor.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












