Əfsanəvi “Titanik” gəmisinin batmasından 110 il keçir - FOTO - VİDEO

Bu gün bütün dünyaya səs salan əfsanəvi "Titanik" gəmisinin süqutundan düz 110 il ötür.
Avtosfer.az xəbər verir ki, bu gün ABŞ, Britaniya və dünyanın digər ölkələrində hüznlə yad edilir.
"Titanik" gəmisinin batması dəniz sərnişin daşımaları tarixində ən böyük faciələrdən biri, bəlkə də ən birincisi hesab olunur.
Gəminin Atlantik okeanda aysberqlə toqquşaraq batması hekayəsi hər kəsə tanışdır. Qəza nəticəsində göyərtədə olan 2224 sərnişin və ekipaj üzvündən 1513-ü həlak olub. Yalnız 705 insan xilas ola bilib. Bu qədər insan itkisi hadisəsi bir əsr keçməsinə baxmayaraq dövrümüzə qədər gəlib çatıb və dünyada məşhurluğunu itirməyib. Haqqında dəfələrlə filmlər çəkilib, kitablar yazılıb. Gəmidə məhv olan fərqli insan taleləri bu bir əsrdə yaradıcı insanlara ilham olub, cəmiyyət arasında maraqla qarşılanıb.

Britaniya istehsalı olan “Titanik" öz dövrünün ən nəhəng sərnişin gəmisi sayılırdı.
66 min ton ağırlığında olan gəminin inşasına 1909-cu il martın 31-də Şimali İrlandiyanın paytaxtı Belfastda başlanılıb. 1911-ci il mayın 31-də isə gəmi istismara verilib.
"Titanik" 1912-ci il aprel ayının 10-u ilk və son səfərinə yola düşüb.
İngiltərənin Sauthempton limanından Nyu Yorka yola düşən gəmi yolda iki dəfə dayanıb - Fransanın Şerbur və İrlandiyanın Kov limanlarında.
Onun Avropadan Amerika Birləşmiş Ştatlarına marşrutu Atlantik okeanın şimal hissəsindən keçirdi.
Aprelin 14-dü saat 23:40-da “Titanik” aysberqlə toqquşub və 2 saat 40 dəqiqədən sonra batıb.
Dövründə bir çoxlarının ən əlçatmaz arzusu olan “Titanik” okean sularına qərq olaraq əbədi tarixə qarışıb.


Qeyd edək ki, Ballard şirkəti “Titanik”in qalıqlarını tapmaq üçün axtarışa başlayıb. 1985-ci ildə Jean-Louis Michelın rəhbərlik etdiyi Fransız tədqiqat qrupu ilə Dəniz Qüvvələrinin okeanoqrafik tədqiqat gəmisinin göyərtəsində təxmin olunan ərazidə okeanın səthindən 12,000 fut aşağıda ilk dəfə olaraq, batan “Əfsanə”nin qalıqları 73 il sonra endirilən kameralar vasitəsilə ekranda görünüb.
Nərminə Əli
İkinci əl elektromobil alarkən bu detala diqqət edin: Aldadıla bilərsiniz
Qazaxıstana gedənlər belə yoxlanacaq: Azərbaycan vətəndaşlarına təsiri
Azərbaycanda ən çox hansı avtomobillər sürülür? – Rəsmi statistika AÇIQLANDI
Arxa oturacaqda neçə sərnişin otura bilər? – Qanun nə deyir? - VİDEO
Sumqayıtda "məzəli" işıqfor: Hərəkət istiqamətini özün seç - VİDEO - FOTO - YENİLƏNİB
Təyyarədə siqaret qadağandır; bəs külqabı niyə var? – SƏBƏB
Həbsxanadan filmdəkinə bənzər qaçış
Bakının ən səs-küylü ərazisi; Yasamalda desibel ölçüldü – VİDEO
Elektrikli avtomobilin yürüş məsafəsi nədən asılıdır? – ARAŞDIRMA
İanə qutusundan qızıl sikkə çıxdı - FOTO
Mühərrik yağı əvəzinə qarğıdalı yağı istifadə etdi – 3 000 km yol getdi










