Elektromobilə görə ticarət müharibəsi başlayacaqmı?

Çinlə Avropa İttifaqı arasında elektromobil vergisi ilə bağlı çəkişmələr növbəti mərhələyə qədəm qoyub. Pekin bu dəfə Avropa Komissiyasından Ümumdünya Ticarət Təşkilatına şikayət edib. Rəsmi Pekin Avropada elektromobillərə tətbiq edilən 45%-lik vergini əsassız hesab edir. Məsələ ilə bağlı Avropa İttifaqı daxilində də yekdil fikir yoxdur. Bununla belə, qərar artıq qüvvəyə minib.
Avtosfer.az xəbər verir ki, rəsmi Pekin Avropa Komissiyasının Çin elektromobillərinə 45% vergi tətbiq etməsinə dair qərarından Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib. Çin rəsmilərinin fikrincə, Avropa Komissiyasının qərarı proteksionist xarakter daşıyır və haqsız rəqabətə yol açır.
Artıq qərar Avropa İttifaqının “Rəsmi qəzet”ində dərc olunaraq bu gündən qüvvəyə minib. Rəsmi Pekinin məsələyə reaksiyası gecikməyib. Ticarət Nazirliyinin sözçüsü Hi Yadonq bildirib ki, “Çin bu qərarı təqdir və qəbul etmir. Ziddiyyəti aradan qaldırmaq üçün Ümumdünya Ticarət Təşkilatına müraciət olunub. Çin öz şirkətlərinin qanuni hüquqlarını və maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri həyata keçirməkdə israrlıdır”.
Narazı qalan təkcə Pekin deyil. Qərarın əleyhinə səs verən Almaniya, Macarıstan, Slovakiya, Sloveniya və Malta özlərinə kifayət qədər tərəfdar toplaya bilməyib. Başda Fransa olmaqla 10 ölkə qərarın lehinə səs verib, 12 ölkə bitərəf qalıb.
Almaniyanın avtomobil lobisinin fikrincə, Çinin kommersiya müharibəsinə başlaması yaxşı heç nə vəd etmir. Bavariyalıları və ştutqartlıları narahat edən əsas məqam
Almaniyanın Çindəki avtomobil zavodlarının taleyidir.
Avropanın ticarət komissarı Valdis Dombrovskisin ötən həftə Pekində Çinin ticartət naziri Vanq Ventao ilə görtüşü nəticəsiz başa çatıb. Bununla belə, istər Brüssel, istərsə də Pekin məsələnin danışıq yolu ilə, konflikt dərinləşmədən həll etmək niyyətini də bəyan edib.
Avropa Statistika Ofisi Avrostatın məlumatına görə, Avropa İttifaqında Çin elektromobillərin bazar payı cari ilin 3-cü rübündə 14% təşkil edib. Halbuki, 2020-ci ildə bu göstərici cəmi 2% idi.
Vüqar Yaşaroğlu
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?
Elektrikli avtomobillərə minənlər niyə özlərini pis hiss edir? – ARAŞDIRMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur
Sürücülərin illərdir inandığı fikir dəyişir: Avtomat maşınlar daha çox yanacaq sərf etmir
Türkiyədə sürücü "Lamborghini"sini atıb qaçdı: Polis onu kolluqda tapdı - FOTO
“Bolt” Bakıda keçirilən daha bir beynəlxalq tədbirin tərəfdaşıdır – AÇIQLAMA - VİDEO
Gömrükdə qeyri-adi hadisə: Qaçaqmalçılı göyərçin tutuldu - FOTO












