Ən təmiz və çirkli havalı ölkələr SİYAHI

İsveçrənin “IQAir” şirkətinin mütəxəssisləri müəyyən ediblər ki, 6475 şəhərdən yalnız 222-nin orta hava keyfiyyəti Ümümdünya Səhiyyə Təşkilatının standartlarına cavab verir.
Tədqiqatdakı bütün məlumatlar dünya üzrə yerüstü hava keyfiyyəti stansiyalarından istifadə etməklə toplanıb. Məlumat real vaxt rejimində alınıb. ÜST tələblərinə görə, havadakı təhlükəli PM2.5 hissəciklərinin orta səviyyəsi ildə bir kubmetr üçün 5 mikroqramdan çox olmamalıdır. Bütün məlumatların təhlilinə əsasən, havanın ən çirkli olduğu dövlət Banqladeş, ən çirkli paytaxt isə Yeni Dehli (Hindistan) olub. Banqladeşi Çad, Pakistan, Tacikistan, Hindistan, Oman, Qırğızıstan, Bəhreyn, İraq, Nepal kimi ölkələr izləyir. Eyni zamanda Hindistan, Banqladeş və Pakistanda havanın çirklənmə səviyyəsi normadan 10 dəfə yüksəkdir. Bununla yanaşı, ən keyfiyyətli hava Norveç, Danimarka, İsveç, Avstraliya, Yaponiya, Kanada, Böyük Britaniyada qeydə alınıb. Həmçinin, Yeni Kaledoniya, ABŞ-ın Virciniya adaları, Puerto-Riko, Kape Verde, Finlandiya, Qrenada, Baham adaları, Avstraliya, Estoniya da reytinqin yuxarı pillələrində qərarlaşıb.
Mənbə: ferra.ru
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












