Erməni “ayılar” ABŞ-da sığortanı aldada bilmədilər - VİDEO

Dünyanın hər yerində sığortadan pul qoparmaq fikrinə düşənlər var və buna nail olanlar tapılır. Lakin sığortaçılar da sadəlövh deyillər.
Avtosfer.az xəbər verir ki, bu günlərdə Kaliforniyada 3 avtomobil sahibi sığortaya müraciət edərək onların maşınlarına ayının zərər yetirdiyini bildiriblər. Onlar hətta bu məqsədlə sığorta bürosuna təhlükəsizlik kamerasının qeydə aldığı təsvirləri də təqdim ediblər.
Sığorta şirkəti üçün bu vəziyyət heç də xoş olmayıb. Axı söhbət dəyəri 100 minlərlə ölçülən 3 son model “Mercedes”dən gedir! Eyni zamanda, Kaliforniyada ayıların maşına hücum etməsi nadir hal deyil.
Lakin videokadrlar sığorta şirkətində şübhə doğurduğu üçün polisə müraciət edilib. Polis videonu təhlil edərək maşınlara ayının deyil, ayı cildindəki adamın zərər yetirməsi qənaətinə gəlib.
Polis avtomobil sahiblərinin evində axtarış zamanı ayı kostyumu aşkar edib. Buna görə də, “zərərçəkənlər” – Ruben Tamrazyan, Ararat Çirkinyan və Vahe Muradxanyan saxlanılıblar. Sığortadan 150 min dollar tələb edən ermənilər indi məsuliyyətdən qurtulmaq üçün pul ödəməli olacaqlar. Onlara qarşı sığorta saxtakarlığı ittihamı irəli sürülüb.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












