Evdəki bu cihazlar işıq pulunu ikiqat artırır

Evimizdə əksər elektron cihaz sönülü görünsə də, əslində enerji sərf etməyə davam edir. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, mütəxəssislər bunun zaman keçdikcə elektrik xərclərini gözlənilməz dərəcədə artırdığına diqqət çəkirlər. Xüsusilə televizorlar, printerlər, masaüstü kompüterlər, səs sistemləri və oyun konsolları kimi bir çox cihaz səssizcə enerji istehlak edir. Uzaqdan idarəetmə ilə söndürülən cihazlar isə tamamilə sönmək əvəzinə gözləmə rejimində işləməyə davam edərək ay ərzində elektrik sərfiyyatını əhəmiyyətli dərəcədə artırır.
Mütəxəssislərin araşdırmalarına əsasən, gözləmə rejimində olan televizorlar saatda təxminən 1-5 vatt enerji sərf edir. Lakin bu göstərici inkişaf etmiş oyun konsollarında saatda 10 vatt-a qədər yüksələ bilər. Bundan əlavə, mikrodalğalı sobalar, paltaryuyan maşınlar, elektrik jalüzləri, görüntülü domofon sistemləri və toxunuşla işləyən işıqlandırma sistemləri də az miqdarda olsa belə, daimi şəkildə enerji sərf edir. Elektrik yuvasında unudulan telefon şarj cihazları isə bu görünməz enerji oğruları arasında mühüm yer tutur.
Bu tip cihazların enerji sərfiyyatını minimuma endirmək üçün istifadə olunmadıqda onları tamamilə söndürmək və ya elektrik şəbəkəsindən ayırmaq tövsiyə olunur. Xüsusilə çoxsaylı cihaz qoşulu olan evlərdə enerji qoruyucu uzadıcılar və ya ağıllı açar sistemlərdən istifadə edilməsi həm rahatlıq, həm də qənaət baxımından effektiv nəticələr verə bilər.
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO










