Evinizdəki bu köhnə əşyalarda sərvət yatır – İÇİNDƏ QIZIL VAR - FOTO

İllər öncə bahalı qiymətə alınan elektron cihazlar istifadəyə yararsız hala düşdükdə çox vaxt düşünmədən tullayırıq. Lakin bu, ciddi maliyyə itkisinə səbəb ola bilər. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, bir çox elektronik cihazda dəyəri kifayət qədər yüksək olan 22 əyar qızıl tapmaq mümkündür.

Adətən elektronika deyəndə ilk ağla gələnlər mobil telefon, kompüter və televizor olur. Lakin tərkibində qızıl olan cihazlar bunlarla məhdudlaşmır – soyuducu, paltaryuyan, qabyuyan, fen, uzaqdan idarəetmə pultları və audio sistemlər də bu siyahıya daxildir. Xüsusilə ana platalar, yəni cihazların əsas idarəetmə lövhələri az miqdarda olsa da, qızıl ehtiva edir. Bu hissələrdən qızılı əl üsulu ilə çıxarmaq çətin olsa da, təkrar emal müəssisələri vasitəsilə bu proses həyata keçirilə bilər.

Ekspertlər bildirirlər ki, bəzi xırdavatçı və elektronik hissə toplayıcıları bu cihazları alaraq, qızıl hissələri ayırır və bununla yüksək gəlir əldə edirlər. Əgər evinizdə artıq işləməyən cihazlar varsa, onları tullamaq əvəzinə, təkrar emal mərkəzlərinə vermək həm ətraf mühitə faydalı olar, həm də sizə maddi qazanc gətirə bilər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












