Əxlaqsızlıq yuvasının altından xəzinə çıxdı - FOTO

Polşalı dəfinəaxtaranlar böyük bir tapıntı ilə rastlaşıblar. Avtosfer.az-ın vanityfair.fr-ə istinadla xəbərinə görə, tərk edilmiş binanın xarabalıqlarında yerə basdırılmış metal konteyner aşkar edilib. Hündürlüyü 1,5, eni 0,5 metr olan konteynerdə 4 tonadək qızıl-zinət əşyası aşkar edilib.

Sileziyada tapılan dəfinənin nüfuzlu alman zabitlərindən birinə aid olduğu şübhə doğurmur. Onun Hitler Almaniyasının daxili işlər naziri Henrix Himlerə aid olması ehtimalı yüksəkdir. Binanın başqa yerlərində də talan edilmiş qənimətlərin olması fərziyyəsi irəli sürülüb.

Sarayın başqa yerlərində də axtarış davam edir. Lakin 3 metr dərinliyə basdırılan konteynerin çıxarılmasına icazə verilmir. Polşa ordusu ərazidə minatəmizləmə işləri apardıqdan sonra konteyner qazılıb çıxarılacaq. Dəfinənin ətrafında mina tələsinin olması riski böyükdür.

Onu da deyək ki, sözügedən bina 3-cü Reyxin vaxtında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərib. Minlərlə əsir qadın burada alman zabitlərinin cinsi ehtiyaclarını ödəyirdi.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












