Fantastik yaddaşa malik polis - 3000-ci şübhəlini yaxaladı

Fantastik yaddaşa malik britaniyalı polis məmuru 3000-ci şübhəlini saxlayıb. Bu barədə Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir. Üzləri heyrətamiz dərəcədə yadda saxlayan 47 yaşlı baş inspektor Endi Pop tez-tez sıx məkanlarda və hətta aşağı keyfiyyətli təhlükəsizlik kamera görüntülərində cinayətkarları müəyyən edir. Onun bacarıqları dəfələrlə sınanıb və pandemiya dövründə maskalı olsalar belə şübhəliləri tanımağı bacarıb. Yaxınlarda isə o, rayonu üçün 3000-ci şübhəlini tutub. Ən maraqlı hadisələrdən biri onun bir il əvvəl gördüyü fotoşəkilə əsasən oğrunu tanıması olub. Digər bir hadisədə isə cinayətkarın üzündəki xal həlledici amiləçevirilib.
Polis məmuru bildirib:
"Sadəcə cinayətkarların tapılmasına və rayonumuzu daha təhlükəsiz etməyə kömək edə bilməyimə sevinirəm. Niyə üzlər yaddaşımda bu qədər yaxşı qalır, özüm də izah edə bilmirəm".
Endi hər gün növbəyə çıxmazdan əvvəl polis hesabatlarını öyrənir, kamera görüntülərini və fotoşəkilləri nəzərdən keçirir. Orta hesabla, o, iki iş növbəsi ərzində bir şübhəli müəyyən edir. Tez-tez ictimai nəqliyyatla rayonda gəzərək artıq yadda qalmış üzlərlə qarşılaşmaq fürsətindən istifadə edir. Lakin üzlərə qarşı unikal yaddaşına baxmayaraq, məmur etiraf edir ki, tarixləri yadda saxlamaqda tamamilə acizdir:
"Bütün bayram və yubileyləri yadımda saxlayan arvadımdır".
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












