Ford İkinci Dünya Müharibəsinin qadın pilotlarına xüsusi elektrokar həsr edib - FOTO

Ford şirkəti İkinci Dünya Müharibəsinin iştirakçıları olan qadın pilotlara həsr edilmiş Mustang Mach-E elektrik krossoverinin xüsusi versiyasını hazırlayıb. Avtomobil yeganə nüsxədə inşa olunub və onu yalnız Oşkoş aviasalonu çərçivəsində keçiriləcək hərracda almaq mümkün olacaqdır. Satışdan əldə edilən vəsait, müxtəlif səbəblərdən böyük aviasiyaya qatıla bilməyən qadın-pilotların və gənc pilotların dəstəklənməsinə yönəldiləcəkdir.
Elektromobilin eksteryer tərtibatı İkinci Dünya Müharibəsi dövründə ABŞ Hərbi Hava Qüvvələrinin Qadın Pilotlar Xidmətinin (Women Airforce Servise Pilots, WASP) könüllüləri tərəfindən istifadə edilən təyyarələrin boyanması üslubundadır. Ön tərəf və salondakı "38" rəqəmi tapşırıqlardan geri dönməyən proqram iştirakçılarının sayıdır.
Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin Qadın Pilotlar Xidməti 5 avqust 1943-cü ildə yaradılıb. Bu xidmətə işə mülki şəxsləri götürsələr də, onlar Widowmaker ("Dul qadın hazırlayan") ləqəbli Martin B-26 Marauder bombardmançılarında uçmalı idilər.
Təlim uçuşları zamanı bu təyyarələrin çoxu qəzaya uğradığı üçün, kişilər onlarda uçmaqdan imtina etmişdilər. WASP üzvləri yeni işə götürülənləri hazırlayır, sınaqlar keçirir və atış üçün hədəfləri yedəyə götürür, habelə təyyarələri Avropaya nəql edir, silah-sursatı və döyüşçüləri daşıyırdılar.
Xidmət 1944 -cü ilin dekabrında ləğv edildi. Həm ana xidmətin pilotlarının ümumi uçuş məsafəsi 96 milyon kilometrdən çox idi və həlak olanların sayı 38 nəfərə çatırdı. "Qadın Xidmətinin" könüllüləri hərbi personal kimi tanınmırdılar, buna görə də heç bir mükafata layiq görülməmişdilər - proqramın iştirakçılarına müharibə veteranı adı yalnız 1977-ci ildə verildi. 2010-cu ilin mart ayında isə sağ qalan WASP pilotlarına ABŞ-ın ən yüksək mulki mükafatlarından biri olan Konqresin Qızıl medalı təqdim edildi./autograph
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO
İtdən maraqlı hərəkət: Eskalatora minərək yolu keçdi – VİDEO
Bakıda səs-küy problemi niyə artır? – Ekspert AÇIQLADI
Bu avtomobildə yanacaq çəni ön oturacağın altındadır – SƏBƏB?
Avtomobillərdə illərdir istifadə olunan sistem dəyişdirilir – Geri ötürmədə YENİLİK
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO
Benzinli, yoxsa elektrikli avtomobil daha sərfəlidir? - Nəticələr hər kəsi təəccübləndirdi
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama - VİDEO
Təkərin havası azaldıqda yanacaq sərfiyyatı artır? – ARAŞDIRMA












