"Formula-1"in ən yüksəkmaaşlı pilotu açıqlanıb

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen 2025-ci il mövsümünün nəticələrinə görə 76 milyon dollar qazanaraq "Formula-1"in ən yüksəkmaaşlı sürücüsü olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb. Gəlirlərə görə ikinci yeri "Ferrari"dən olan yeddiqat dünya çempionu, britaniyalı Lyuis Hemilton tutub. O, 70.5 milyon dollar qazanıb. Üçüncü yerdə isə "McLaren" komandasının pilotu, son dünya çempionu britaniyalı Lando Norris (57.5 milyon dollar) qərarlaşıb.
Qeyd edək ki, Ferstappenin 28 yaşı var, o, "Formula-1"in dördqat çempionudur (2021, 2022, 2023, 2024). Ötən mövsümdə o, fərdi hesabda ikinci yeri tutub. Niderland pilotu son dörd mövsümdə "Formula-1"dən əldə olunan gəlirlərə görə liderlik edir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












