Fransa polisinə sürücüləri təqib etmək üçün səlahiyyət verildi

Fransanın daxili işlər naziri Brüno Retayo polisin avtomobilləri təqib etməsinə icazə verən sərəncam imzalayıb.
Avtosfer.az xəbər verir ki, bu günədək Fransada avtomobilin təqib edilməsi məsələsinə
Azərbaycandakı kimi məhdudiyyət vardı. Yəni, sadəcə olaraq “saxla” əmrinə tabe olmamaq sürücünün təqibi üçün əsas deyildi. Avtomobildə cinayətdə şübhəli bilinən şəxs olmasa təqib qadağan idi. Bu həftədən qanun dəyişib.
Nazirliyi buna vadar edən sürücülərin çox vaxt “saxla” əmrinə tabe olmamasıdır. Ötən il 25 minədək sürücü bu qaydapozmaya görə hakim qarşısına çıxarılıb. Onların 60 faizi barədə azadlıqdan məhrumetmə cəzası, digərləri barədə 15 000 avro cərimə tətbiq edilib.
Nazirlik “saxla” əmrinə tabe olmamanın kütləviləşməsinə görə belə bir addım atıb. İndi əmrə tabe olmayan istənilən sürücünü, ölkənin istənilən yerində təqib etməyə icazə verilir.
Sürücü təqib zamanı qaçmağa israr edərsə, üçüncü şəxsin həyatına və sağlamlığına zərər vurarsa, ona qarşı “tabe olmamaq ağırlaşdırıcı nəticələrə səbəb olduqda” ittihamı ilə cinayət işi açılır. Bunun cəzası isə srücülük vəsiqəsinin tam ləğvi, 75 000 avro cərimə və 5 ilədək həbsdir.
Sərəncamda maraqlı bir müddəa da yer alır: “sürücünün başqalarının həyatına və əmlakına təhlükə yaratması üçün heç bir bəraət ola bilməz”.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












