Gecə yuxusuzluğunun beyinə təsiri – Alimlər xəbərdarlıq edir

Alimlər gecə yuxusuzluğunun təkcə yorğunluq deyil, beyində ciddi struktur və funksional dəyişikliklərə səbəb ola biləcəyini bildirir. Son araşdırmalara görə, davamlı yuxusuzluq beyindəki neyron əlaqələrin zəifləməsinə, yaddaş və diqqət pozğunluqlarına yol açır. Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, ABŞ-nin Pensilvaniya Universitetinin yuxu laboratoriyasında aparılan araşdırmalarda məlum olub ki, bir neçə gecə yuxusuz qalan insanlarda bilişsel qabiliyyətlərdə nəzərəçarpacaq azalma müşahidə olunur. Hətta bir gecəlik yuxusuzluq belə beyin fəaliyyətində müvəqqəti "donmalar" yarada bilər. Nevroloqlar bildirir ki, yuxu zamanı beyin gün ərzində yığılmış informasiyanı emal edir, zərərli tullantıları isə neytrallaşdırır. Yuxusuzluq bu təmizləmə prosesini pozur, nəticədə Altsheymer və digər neyrodegenerativ xəstəliklərə zəmin yaranır. Həkimlər gecə minimum 7–8 saat keyfiyyətli yuxunu beynin sağlam fəaliyyəti üçün vacib hesab edir. Xüsusilə gec saatlarda mobil telefon və ekran qarşısında qalmaq yuxu hormonlarının ifrazını azaldır və yuxuya getməyi çətinləşdirir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












