Gömrük Komitəsi ekoloji təmiz nəqliyyat vasitələrinin təbliğini genişləndirir

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” işçi qrupunun “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviq edilməsi sahəsində təhlillərin, qiymətləndirmələrin aparılması və müvafiq təkliflərin hazırlanması üzrə” altqrupunun iclası keçirilib.
İclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, müvafiq nazirliklər, Dövlət Gömrük Komitəsi, aidiyyəti dövlət qurumları və özəl sektorun nümayəndələri iştirak ediblər.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib ki, iclas 2022-ci ilin birinci rübü ərzində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələrə həsr olunub.
Diqqətə çatdırılıb ki, ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi məqsədilə xüsusi yol xəritəsi hazırlanaraq təsdiq olunub. V.Şıxəliyev yol xəritəsinin hazırlanmasında tematik qrupların gərgin əmək sərf etdiklərini vurğulayıb, sənəddə konkret hədəflərin müəyyənləşdirilməsi və qarşıda duran məsələlərlə bağlı dərin təhlillər aparılmasının uğurlu nəticələr əldə olunması baxımından əhəmiyyət daşıdığını bildirib.
İclas zamanı özəl sektor tərəfindən ekoloji nəqliyyat vasitələri ilə bağlı hazırlanmış xüsusi “Yol Xəritəsi”nin cari ilin birinci rübü ərzində icra vəziyyəti barədə təqdimat nümayiş edildi. Təqdimat zamanı bu sahənin təşviqi məqsədilə təbliğat və maarifləndirmə istiqamətində görülmüş işlər barədə ətraflı məlumatlar təqdim olundu. Dövlət-biznes dialoqu çərçivəsində digər özəl sektor nümayəndələrinin də bu layihəyə maraq göstərdikləri diqqətə çatdırıldı.
Görülən işlərin davamı olaraq, “Yol Xəritəsi”nin icrası çərçivəsində bankların vəsaitləri hesabına elektrik mühərrikli və hibrid avtomobillərin alınması üçün güzəştli şərtlərlə kreditlərin verilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyasına müvafiq təklif və tövsiyyələrin verildiyi bildirildi.
Daha sonra, “Yol Xəritəsi” sənədinin 2-ci əsas istiqaməti olan ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı təkliflərin hazırlanmasına dair bəndin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi işlənib hazırlanaraq aidiyyəti dövlət qurumlarına (İqtisadiyyat, Ədliyyə, Maliyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinə) təqdim edildiyi qeyd olundu. Layihənin yekun mətni formalaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.
Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi rəisinin birinci müavini Səməd Qaralov gündəlikdə duran məsələlərin xüsusi əhəmiyyət daşıdığını bildirib və gömrük orqanları tərəfindən görülən işlər barədə məlumat verib.
Sonra iclasin gündəliyindəki məsələlərlə bağlı müzakirələr aparılıb.
Altqrupun nəzdində yaradılmış 4 tematik qrupların rəhbərləri olan Dövlət Gömrük Komitəsi, Energetika Nazirliyi, Mərkəzi Bank və həmçinin özəl sektorun nümayəndələri təqdimatlarla çıxış edərək bu ilin birinci rübü ərzində görülən işlər barədə məlumat veriblər.
Sonda müzakirə olunan məsələlərlə bağlı təklif və rəylər dinlənilib, suallar cavablandırılıb.
Yazı “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ətraf mühit və insan sağlamlığının qorunmasında yol hərəkəti təhlükəsizliyinin rolu" mövzusunda layihə çərçivsində hazırlanıb
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












