Gündüz gecəyə dönəcək: tarixi hadisənin vaxtı bəlli oldu

Dünya miqyasında böyük həyəcan yaradan tam Günəş tutulması yaxınlaşır. Bu hadisə zamanı Ay Günəşin qarşısını tamamilə kəsəcək və bəzi bölgələrdə hava bir neçə dəqiqəlik zifiri qaranlığa qərq olacaq.
Avtosfer.az xəbər verir ki, bu tarixi hadisə 2026-cı ilin avqust ayında baş tutacaq. Tam tutulma anında Günəşin ətrafında yalnız "tac" (corona) təbəqəsi görünəcək və bu, vizual olaraq möhtəşəm bir mənzərə yaradacaq.
Tutulma geniş bir coğrafiyanı əhatə etsə də, tam qaranlıq zolağı xüsusilə Avropa ölkələrindən (İspaniya, İslandiya, Portuqaliya) keçəcək. Şimali Amerika və Rusiyanın bəzi hissələrindən də bu hadisəni qismən müşahidə etmək mümkün olacaq.
Tam tutulma anında temperatur birdən-birə bir neçə dərəcə düşəcək, quşlar və digər heyvanlar gecə olduğunu zənn edərək səssizləşəcək və ya yuvalarına çəkiləcəklər. Göy üzündə parlaq ulduzlar və planetlər görünməyə başlayacaq. Bu halın bir neçə dəqiqə davam edəcəyi gözlənilir.
Alimlər və mütəxəssislər xəbərdarlıq edir ki, Günəş tutulmasına adi gözlə və ya adi günəş eynəkləri ilə baxmaq göz sağlamlığı üçün ciddi risklər yaradır. Mütləq xüsusi ISO sertifikatlı tutulma eynəkləri istifadə edilməlidir. (Milli.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












