Günəş fırtınası Yer kürəsini məhv edə bilərmi?

Yanvarın 20-də Yer kürəsində XXI əsrin ən güclü geomaqnit fırtınalarından biri qeydə alınıb. Hadisə nəticəsində bir neçə süni peyk zərər görüb, Rusiyanın bir çox bölgəsində isə nadir və parlaq qütb işıqları müşahidə olunub.
Bəs günəş fırtınası nədir və o, bəşəriyyət üçün nə dərəcədə təhlükəlidir?
Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, alimlərin izahına görə, günəş fırtınaları Günəşin təxminən 11 il davam edən maqnit dövrləri zamanı yaranır. Maqnit xətlərinin dolaşması nəticəsində böyük enerji toplanır və bu enerji partlayış şəklində kosmosa atılır. Bu hadisə "koronal kütlə atılması" adlanır və milyardlarla ton plazma saniyədə minlərlə kilometr sürətlə Yerə doğru hərəkət edir.
Yer kürəsini bu təhlükədən əsasən maqnetosfer – planetin maqnit qalxanı qoruyur. Lakin güclü zərbə zamanı bu qalxan zəifləyə bilər. Əgər Günəşdən gələn plazmanın maqnit sahəsi Yerinkinə uyğun gəlməzsə, yüklü hissəciklər atmosferin yuxarı qatlarına daxil olaraq geomaqnit fırtınası yaradır. Nəticədə oksigen və azot atomları ilə toqquşmalar baş verir və bu da qütb işıqları şəklində müşahidə olunur.
1859-cu ildə baş verən və "Karrinqton hadisəsi" kimi tanınan günəş superfırtınası tarixdə ən güclü hadisələrdən biri hesab olunur. Plazma Yerə cəmi 17,6 saata çatmışdı. Teleqraf sistemləri sıradan çıxmış, bəzi avadanlıqlar batareyasız belə işləməyə davam etmiş, operatorlar isə elektrik zərbələri almışdı.
Mütəxəssislər bildirirlər ki, belə bir hadisə müasir dövrdə təkrarlansa, peyk sistemləri, rabitə, enerji şəbəkələri və maliyyə infrastrukturu ciddi zərər görə bilər. Bununla belə, günəş fırtınalarının Yer kürəsini fiziki olaraq məhv etməsi mümkün sayılmır. Risk əsasən texnoloji sistemlər və müasir sivilizasiyanın fəaliyyəti ilə bağlıdır.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












