Günəş yenidən rekord həcmdə plazma buraxdı

Bir həftə ərzində Günəş altıncı dəfə 1 milyon km-dən böyük ölçüdə yeni plazma strukturunu havaya buraxıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAS) Günəş Astronomiya Laboratoriyasının "Telegram" kanalında məlumat verilib. "Günəş kosmosa atılan qabarıqlıqların ölçüsünə görə rekord vurmağa davam edir. Kadrda Moskva vaxtı ilə saat 09:00 və 14:00 aralığında (Bakı vaxtı ilə 10:00-15:00) Günəş sisteminin şimal qütbünə doğru buraxılan bir milyon kilometrdən böyük ölçüyə malik yeni nəhəng plazma strukturu qeydə alınıb", - qeyddə bildirilir. Alimlər əlavə ediblər ki, bu emissiyadan təqribən bir gün əvvəl Günəşin əks cənub qütbünün yaxınlığında eyni ölçüdə obyekt qeydə alınıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












