Hitler yəhudi idi? - DNT analizinin nəticələri üzə çıxdı - FOTO

Alimlər Hitlerə aid DNT-ni deşifrə edərək onda ciddi genetik pozuntular aşkarlayıblar. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu barədə “Daily Mail” yazıb. Nəşrin məlumatına görə, tədqiqatçılar həmçinin köhnə və geniş yayılmış bir mifi də təkzib ediblər. Guya Hitlerin özü də yəhudi mənşəli olub və buna baxmayaraq yəhudilərə qarşı soyqırım törədib. Genetik analiz nəticəsində Hitlerin DNT-sində yəhudi mənşəyinə dair heç bir dəlil tapılmayıb. Genetik analiz üçün nümunə, ABŞ polkovniki Rozuell Rozenqrenin müharibədən sonra “xatirə üçün” kəsib götürdüyü Hitlerin divanındakı parça olub.
Tədqiqatın nəticələrinə əsasən, Alman diktatorunda aşağıdakı pozuntular aşkar edilib:
Kallmann sindromu — testosteron səviyyəsinin aşağı olması, qoxu hissinin itməsi və cinsiyyət orqanlarının inkişaf anomaliyası ilə xarakterizə olunan nadir genetik xəstəlik.
Yüksək risk — diqqət çatışmazlığı və hiperaktivlik sindromu (SÇHS), autizm, bipolyar pozuntu və şizofreniya üçün meyl. Qeyd edilir ki, Hitler bu xəstəliklərə ən çox meyilli olan insanların 1%-lik qrupuna daxil olub.
Antisosial davranışa, impulsivliyə və aqressiyaya genetik meyl.
Psixiatrlar bu faktorların bir araya gəlməsini “cinayətkar-autistik psixopatiya” adlandıraraq, son dərəcə təhlükəli qarışıq kimi dəyərləndiriblər.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












