"Instagram" qadınları kosmetik əməliyyatlara vadar edir - Alimlər

İngilis alimləri tərəfindən aparılan yeni bir araşdırma onu göstərib ki, gənc qadınlar əgər saatlarla "Instagram"da vaxt keçirsələr, daha çox kosmetik əməliyyat etdirmək istəyəcəklər. Bu barədə məqalə "Body İmage" jurnalında dərc edilib.
"Surrey" Universitetinin sosial psixoloqu Françeska Quitso və onun həmkarları 19-32 yaş arasındakı 247 italiyalı qadın ilə "Instagram"dan istifadə barədə və onların bədənlərindən narazılığı mövzusunda sorğu keçiriblər. Daha sonra hər bir iştirakçıya "Instagram"dan seçilmiş açıq-saçıq geyimlərin və istifadəçilərin müvafiq şərhlərinin olduğu dörd videodan biri göstərilib.
Nəhayət, qadınlar bədənlərindən narazılıq səviyyəsini qiymətləndirdikləri və gələcəkdə estetik əməliyyatlar üçün planlarını paylaşdıqları anketləri doldurublar.
"Bu, psixi sağlamlıq sahəsində tədqiqatların müxtəlif aspektlərini və mümkün risk amillərini bir araya gətirən mühüm bir araşdırmadır", - deyə Françeska Quitso əminliklə bildirib.
Məlum olub ki, "Instagram"da açıq-saçıq şəkillərə baxmaq, bir qayda olaraq, qadınların öz bədənlərindən narazı olmasına gətirib çıxardır. Yalnız cazibədar olmayan görüntüləri izləyən insanlar arasında belə zərərli təsirlər müşahidə edilməyib. Maraqlıdır ki, qadınlar şərhlərə reaksiya verməyiblər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












