İki kvadrat kilometr ərazisi olan ölkədə 7 avtobus xətti - FOTO

Monako Knyazlığında yeni yaşayış məhəlləsi inşa edilib. Dənizdə inşa edilmiş “Mareterra” adlı kompleks sayəsində ölkənin ərazisi 3% artıb.
Avtosfer.az xəbər verir ki, yaşayış kompleksi 120 mənzil və 10 villadan ibarətdir. Mənzillərin minimal sahəsi 400 kvadrat metr, 1 kvadrat metrin qiyməti 120 min avrodur. Tikililər 50 metr hündürlüyü olan beton blokların üzərində, müasir ekoloji normalara uyğun inşa edilib.
Monako Knyazlığı dünyada Vatikandan sonra 2-ci ən kiçik dövlətdir. 2,08 kvadrat kilometr ərazisi olan şəhər-dövləti şimaldan cənuba piyada 45 dəqiqəyə gəzmək mümkündür.
İlk olaraq adamın ağlına gələn budur ki, belə zəngin və kiçik ölkədə ictimai nəqliyyata ehtiyac yoxdur. Lakin, knyazlıqda 7 müntəzəm avtobus xətti mövcuddur. Bu avtobusların çoxu xüsusi zolaqla hərəkət edir. Ölkəni Fransa ilə dəmir yolu xətti birləşdirir.
Cəmi 34 min nəfər əhalisi olan knyazlıqda nəqliyyat sıxlığı çox yüksəkdir. Xüsusi tədbirlər (Formula-1, yaxta yarışları, beynəlxalq yarışlar və s.) olduqda ölkəyə gündəlik daxil olan avtomobil sayı yüz mini ötür. Buna görə də, yerli bələdiyyə bəzi hallarda nəqliyyatı pulsuz edir. 2022-ci ilin payızında beynəlxalq tədbirlər zamanı ictimai nəqliyyat 3 ay pulsuz fəaliyyət göstərmişdi. Səbəb nəqliyyat sıxlığını azaltmaq idi.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
















