İki nəfər qatarın altında qalıb ÖLDÜ - YENİLƏNİB

Dünən saat 22:15-də ADY-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfər şəxs qəfil qatarın qarşısına çıxıb. Avtosfer.az xəbər verir ki, hadisə ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. "Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağırılsa da, hər iki şəxs aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişib. ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi ciddi tövsiyə edir. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur”, - məlumatda vurğulanıb.
***
Ötən gecə saat 22 radələrində paytaxtın Qaradağ rayonu ərazisində 2 nəfər qatarın altında qalaraq ölüb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü E.Fərzəliyev və 2007-ci il təvəllüdlü S.Zərbəliyev hərəkətdə olan qatarın altında qalıblar. Onlar aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.
Hadisə ilə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Sumqayıtda "məzəli" işıqfor: Hərəkət istiqamətini özün seç - VİDEO - FOTO - YENİLƏNİB
Təyyarədə siqaret qadağandır; bəs külqabı niyə var? – SƏBƏB
Həbsxanadan filmdəkinə bənzər qaçış
Bakının ən səs-küylü ərazisi; Yasamalda desibel ölçüldü – VİDEO
Elektrikli avtomobilin yürüş məsafəsi nədən asılıdır? – ARAŞDIRMA
İanə qutusundan qızıl sikkə çıxdı - FOTO
Mühərrik yağı əvəzinə qarğıdalı yağı istifadə etdi – 3 000 km yol getdi
Ruslar uşaq dünyaya gətirmək üçün bu ölkəyə axın edirlər – SƏBƏB
“Avqustun 21-i ona 50 illik keçirdim” - “Maşın” deyib keçməyin - VİDEO
Toy mərasimində maraqlı hadisə: Dostuna avtomobil hədiyyə etdi – VİDEO
Əliyev və Pezeşkianın görüşündə diqqətçəkən detal: Arxadakı tablonun sirri nədir? – FOTO










