İki saat sükan arxasında: Dünyanın ən uzun körpüsü harada yerləşir? - FOTOLAR

Dünyanın ən uzun körpüsünün uzunluğu 102 mil (təxminən 164 km) təşkil edir və onu keçmək iki saat vaxt aparır. Bu mühəndislik möcüzəsi Çində yerləşir. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Böyük Danian-Kunşan körpüsü ölkənin iki ən böyük şəhərini birləşdirən dəmir yolu viadukudur. Şanxay və Nankin arasında salınmış körpü Pekin–Şanxay yüksək sürətli dəmir yolu marşrutunun populyar hissəsində yerləşir. Onun tikintisinə 2006-cı ildə başlanılıb və proses 5 il davam edib. Layihənin dəyəri 8,5 milyard dollar olub.

"Ölkənin simvolik memarlıq nümunələrindən biri olmaqla yanaşı, körpü altında çoxlu çaylar və düyü sahələrinin yerləşdiyi ərazini qorumaq məqsədi ilə inşa edilib. Məşhur körpünün marşrutunun böyük hissəsi Çinin Yantszi çayı boyunca uzanır", deyə nəşr bildirir. Böyük Danian-Kunşan körpüsü çayın təbii qıvrımlarını təkrarlayacaq şəkildə inşa edilib, buna görə onun forması kifayət qədər qeyri-adi görünür. Yolun bir qədər artıq 5 mili (8 km) Yançen gölünün üzərindən keçir. Bu körpünün tikintisindən əvvəl sərnişinlər Ninbo ilə Cxiasin arasında qatarla dörd yarım saat səyahət edirdilər. İndi isə bu məsafəni qatarlar iki saata qət edir. Pekinlə Şanxay arasındakı 1000 kilometrlik məsafə təxminən 4 saat 48 dəqiqəyə keçilir. Çin sərt hava hadisələrindən sığortalanmayıb, buna görə tikinti zamanı mütəxəssislər qabaqlayıcı tədbirlər görüblər. Körpü ən yüksək antiseysmik standartlara uyğun inşa olunub və tam zəlzələ davamlılığına malikdir. Həmçinin hər gün onun altından keçən gəmilərlə toqquşmaya da tab gətirə bilir. "Regionun məhsuldarlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, yeni nəqliyyat əlaqəsi özünəməxsus bir ikonaya çevrilib. 'Böyük Danýan-Kunşan körpüsü' rekord quruluş statusuna sahib olduğu üçün çoxsaylı turistlər onu görməyə çalışır", deyə müəlliflər əlavə edir.

Digər məşhur Çin körpüsü
Sentyabr ayında Çində dünyanın ən hündür körpüsü kimi təqdim olunan yeni körpü istifadəyə verilib. Onun tikintisi üç il davam edib və layihəyə 300 milyon dollardan çox vəsait sərf olunub. Huaçzyan körpüsü Quyçjou vilayətindəki Böyük kanyonu keçərək uzanır. O, San-Fransiskodakı məşhur Qızıl qapılar körpüsündən xeyli hündürdür. Bu keçid Quyçjou vilayətinin iki rayonunu birləşdirir. Əvvəllər sürücülər kanyonu keçmək üçün təxminən iki saat vaxt sərf edirdilərsə, indi onu cəmi iki dəqiqəyə keçmək mümkündür.
“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu










